Bir ailənin 3 üzvü göbələkdən zəhərləndi
Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Globall.az report-a istinadən xəbər verir ki, 15 yaşlı Nəzərova Ləman Şahin qızı, 23 yaşlı Nəzərov Orxan Şahin oğlu və 44 yaşlı Nəzərova Samirə Rəsul qızı axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 46
Xəbəri paylaş
Paylaş: