Bayden ABŞ-a giriş şərtlərini sərtləşdirdi

ABŞ Prezidenti vəzifəsində ilk iş həftəsində Co Baydenin imzaladığı sərəncamlar arasında Birləşmiş Ştatlara gəlməyə hazırlaşan bütün şəxslərdən uçuşdan əvvəl COVID-19 xəstəliyinə dair testdən keçmələri, ABŞ-a çatdıqda isə 10 günlük karantində olmalarının tələb olunduğu sərəncam da yer alıb.
Bu sərəncam yanvarın 26-dan qüvvəyə minəcək. Bayden vaksinləmə və testləşdirmənin miqyasının genişləndirilməsi, məktəb və müəssisələrin yenidən fəaliyyət göstərməsi barədə planları da bəyan edib.
Koronavirus pandemiyasına qarşı mübarizə üzrə yeni planlara aşağıdakılar aiddir:
ölkəyə gələn hər kəs üçün testdən keçmək və məcburi karantin;
ictimai nəqliyyatda, dövlətlərarası nəqliyyatda və turizm mərkəzlərində mütləq şəkildə maska taxılması;
COVID-19 əleyhinə vaksinlərin apteklər vasitəsilə yayılması proqramının tətbiqi;
Müdafiə sənayesi barədə Qanundan vaksinlərin və qoruyucu vasitələrin tədarükünün artırılması üçün istifadə;
Fövqəladə hallar üzrə federal agentlik vasitəsilə ictimai vaksinləmə mərkəzlərinin yaradılması;
Baydenin prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksinləmənin həyata keçirilməsi;
məktəblərin, kolleclərin və uşaq müəssisələrinin təhlükəsiz şəkildə fəaliyyətlərini bərpa etmələri üzrə təlimatın işlənib hazırlanması;
pandemiya barədə məlumat toplanması işinin yaxşılaşdırılması;
işçilər üçün daha ciddi təhlükəsizlik qaydalarının təminatı;
testləşdirilmənin artırılmasına nəzarət üzrə yeni təşkilatın yaradılması;
yoluxmaların sayının daha yüksək səviyyəsinin müşahidə olunduğu icma azlıqlarına vəsaitin yönəldilməsi./virtualaz.org
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: