Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
Press-fakt.az
    
  • BMT-də gərgin gözlənti:
    BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
  • 
  • İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb -
    İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
  • 
  • Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ -
    Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
  • 
  • Rusiya ordusu Dnepri bombaladı -
    Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
  • 
  • Şəmistan Nəzirli vəfat edib -
    Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
  • 
  • "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-
    "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
  • 
  • Oğlunun saatı Kadırovun başına BƏLA OLDU -
    Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
  • 
  • “Türkiyə 10 il əvvəl nümunə göstərdi”-
    “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
  • 
  • İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı -
    İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
  • 
  • Tramp  sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
    Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
  • 
  • “Bunu mən və İlham Əliyev etdik”-
    “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
  • 
  • Erməni milyarder məşhur kanalı satın aldı -
    Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
  • 
  • Sabahın havası: yağış, dolu, qar...-
    Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
  • 
  • HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?-
    HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
  • 
  • Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -
    Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -  VIDEO
  • 
  • Qənimət Zahid Baş Prokurorluğa çağırıldı - 
    Qənimət Zahid Baş Prokurorluğa çağırıldı -  Barəsində axtarış elan olunub
  • 
  • "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"-
    "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"- Paşinyan
  • 
  • Avropa Komissiyasında Orbana 550 milyonluq jest -
    Avropa Komissiyasında Orbana 550 milyonluq jest - Macarıstanın şantajı işə yaradı
  • 
  • Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
    Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
  • 
  • “Türkiyə çökür” iddialarına cavab -
    “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
  • 
  • Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
    Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident müxalifəti də təriflədi: "Gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik"
  • DAHA ÖLDÜRÜCÜ EPİDEMİYA GÖZLƏNİLİR - Tanınmış həkimdən qorxulu xəbərdarlıq
  • Delta ştammına daha çox bu insanlar yoluxur - Rusiyalı həkimdən açıqlama
  • İnsan beyni zamana səyahət edə bilir - Alimlərin yeni kəşfi
  • Telefon və kompüter beyni yandırır - Yapon alimlərinin məsləhəti /Video
  • Nevropatoloq: "Əslində hamımız beynimizin quluyuq"- "Psixi cəhətdən tam sağlam adam yoxdur..."

    • Tarix: 10-08-2021, 09:53

    Beyin


    Nevropatoloq Qalib Əsədov bizimyol-a müsahibə verib. Onun sadaladığı  çox maraqlı elmi faktları dinlədikcə əmin olacaqsınız ki, əslində hamımız beynimizin əsiri, quluyuq, sərbəst qərarlar verirmirik və ya insanda rastlaşdığımız bütün qəribəliklərin arxasında beynin oyunları dayanır.

    Elə sevgi də qəlbin deyil beynin məhsuludur. Oxuyub özünüzü tanımanızı tövsiyə edərdik.

    Qalib Əsədov Qalib Əsədov

    - Doktor, son illər insanların arıqlamağa olan meyli təhlükəli həddə çatıb .Bəziləri hətta arıq olacaq deyə sağlamlığından belə keçir. Bunu insana öz beyni təlqin edir?

    - Qidalanma müsbət emosiyaların yaranmasının əsas mənbəyidir. Hətta bəzən “stress atmaq” üçün və ya dincəlmək üçün qonaqlıqlar təşkil edirik, təbiətin qoynunda yemək yeyirik, qidalanmaqla bağlı müxtəlif fantaziyalarımızı həyata keçiririk.
    Son vaxtlar nədənsə belə bir dəb insanlar, xüsusən də qadınlar arasında yayılıb ki, nə qədər arıq olsan bir o qədər yaxşıdır. Yeri gəlmişkən, uşaqlıqdan beynimizə ötürülən informasiyanın da əhəmiyyəti az deyil.

    Əgər bizə müxtəlif vasitələrlə təbliğ etsələr ki, gözəl görünmək üçün 120 kq. çəki lazımdır, gözəllik simvolu kimi bunu qəbul edəcəyik. Günümüzdə dəbdə olan arıq qadın tipləri orta əsrlərdə elə də gözəl hesab olunmurdular. O dövrün rəsm əsərlərinə baxsaq, bunun şahidi olarıq. Amma fikrimizcə, istənilən halda beyin balerina, maneken modellərini seçmir.

    Beyin üçün ehtiyat piy təbəqəsi bol olan qadınlar daha maraqlıdırlar .Çünki məhz onlar dünyaya sağlam uşaq gətirməyə və keyfiyyətli südlə təmin etməyə qadirdirlər.

    Pəhriz zamanı orqanizm piy ehtiyatını yandırır və ehtiyat tükəndikdə beyinə müvafiq siqnallar gedir; belə qadın dünyaya sağlam uşaq gətirə bilməyəcəyi üçün hipotalamus qonadoliberinin ifrazını dayandırır, menstruasiya tsikli kəsilir. Nəticədə, insanın psixo-emosional davranışında ciddi pozuntular yaranır, əsəbi, deyingən, “ifritə” supermodel və ya bədbəxt, özünə qapılmış balerina əmələ gəlir. Qadında fiqurun əsas əlaməti “qum saatı” formasıdır.

    Yeri gəlmişkən, 90-60-90 ölçüsü heç də önəmli deyil və hətta 120-90-120 olsa belə, kişi beyni bu fiquranı ideal qadın obrazı kimi qəbul edəcək. Əsas çiyin, sağrı və bud nahiyəsinin ölçüsünün böyük olmasıdır. Qadın cinsi hormnonları olan esterogenlər piyin məhz sağrı və bud nahiyəsində yığılmasını təmin edir.

    Ona görə də, bu nahiyənin ölçüsü böyükdürsə, kişi beyni belə qadını ideal sayır, qeyri-iradi olaraq belə qərara gəlir ki, gələcəkdə uşaq yetişdirmək, doğmaq və süd verməklə bağlı problem olmayacaq. Hətta kişi uşaq olmasını istəməsə belə (məsələn, məşuqə axtaranda) onun beyni məhz belə qadını seçir.

    Qadınlar isə enlikürək kişiləri seçirlər. Ona görə də zabitlər, polislər həmişə qadınların diqqət mərkəzində olublar.
    Çiyinlərdəki poqonlar səbəbindən, qadın beyni bu cür kişini testesteronu çox olan biri kimi qəbul edir. Moda aləmində məhz bu nüanslardan istifadə edərək, qadın və ya kişini daha cazibəli etmək üçün müxtəlif geyim növləri hazırlanır.

    - Belə çıxır ki, hər bir ehtimalda beyin yalnız nəslin davamı barədə düşünür, sevgi barədə yox?

    - Gəlin əvvəlcə sevginin növləri haqqında sizə məlumat verim. Dahi klassik Erik Fromm düşünürdü ki, sevgi - insanın içindəki yaradıcı enerjini üzə çıxarmaq üçün bir vasitədir. Fromm sevgini “sənət” adlandırır və iddia edirdi ki, bu sənəti öyrənmək mümkündür.
    Onun nəzəriyyəsində sevgi bir neçə növə ayrılır: Qardaşcasına sevmək – bu sevginin ən təməl növüdür. Digər sevgi növləri bundan yaranıb. Analara xas sevgi – bu ananın öz övladına olan kimi təmənnasız sevgidir. Cinsi sevgi – bu yeganə sevgi növüdür ki, burda bərabərlik qorunmur.

    Məsələn, ata bütün övladlarını eyni dərəcədə sevir. Amma cinsi sevgidə tək bir nəfər seçilir və fərd ancaq onu sevir, qoruyur və ondan təsdiq gözləyir. Özünü sevmək – bu insanın ən təməl tələbatlarından biridir və tələbatlar piramidasında özünü gerçəkləşdirmək adı ilə ən üst səviyyədə durur. Yəqin ki, siz sualı verərkən cinsi sevgini nəzərdə tutmusunuz.

    Bəli, əlbəttə bu cür sevgi zamanı beynin bir məqsədi var. Mümkün qədər sağlam genlər daşıyan partnyor tapsın və nəsil davam etsin. Bunun üçün isə beyində çox mürəkkəb mexanizmlər var.

    Sevginin əsas bioloji mahiyyəti və nəticəsi çoxalmaqdır. Çoxalmaq bütün canlıların həyatında mühüm əhəmiyyət kəsb edən bir prosesdir. İbtidai dövrdən uşaqları, yəni, valideynlərinin genlərinin daşıyıcısını qorumaq üçün kişi öz ailəsinin yaşadığı ərazini qoruyur və həm qida oğurluğunun, həm də təcavüz hallarının qarşısını alırdı.

    Kişi ovda olarkən qadınlar mağarada oturur, odu qoruyur və uşaqlara baxırdılar. Göründüyü kimi, öz növünü həyatda saxlamaq üçün cütlüklərin bir-birinə bağlanması və birgə yaşaması şərtdir.

    Qadınların iri cüssəli kişiləri sevməsini də anlamaq olar, çünki təkamül prosesi boyunca qadınları və onların uşaqlarını vəhşi təbiətdən məhz belə kişilər qoruya bilərdilər.
    Şəxsi düşüncəmə görə, hazırda bu kriteriya dəyişmək üzrədir. Müşahidələrimə əsasən deyə bilərəm ki, indi qadınlar ağıllı və intellektual kişiləri sevirlər. Çünki indiki dönəmdə fiziki güclü kişiyə nisbətən, ağıllı kişi həyatda daha yaxşı qala və genlərini qoruya bilər.

    - Bəs anidən kimlərinsə davranış pozuqluğu göstərməsi, el diliylə desək, dəli olması necə izah oluna bilər?

    - Əslində, psixi cəhətdən tam sağlam adam yoxdur, müayinə olunmayan adam var. Əlbəttə bu bir zarafatdır. Bizim bütün davranışlarımız beynimizin diqtəsi ilə baş verir.
    Mən, siz, o, ümumiyyətlə hər kəs öz beyninin məhsuludur. Burda biokimyəvi proseslər düzgün getmədikdə və ya beynin davranışa, düşüncəyə məsul hissəsi zədələndikdə psixi xəstə adlandırdığımız hal yaranır.

    Məsələn, vazopressin hormonunun sintez olunmasına RS3-334 geni məsuldur və bu genin aktiv fəaliyyəti zamanı vazopressinin miqdarı da çoxalır. Belə insanlar çox sədaqətli olurlar.
    Yəni sevgi hissləri ancaq müəyyən, konkret bir cinsi partnyora yönəlir. İnsanın kiməsə və ya nəyəsə (ana, ata, şokolad, doğulduğu məkan, işlədiyi kollektiv və s.) sevgisini isə oksitosin formalaşdırır.

    Beyində cinsi davranışları təmin edən əsas anadangəlmə proqramların mərkəzləri hipotalamus və amiqdaladadır. Amiqdala bu sistemdə tormozlayıcı rol oynayır, yəni, cinsi davranışın ifrat formada yaranmasının qarşısını alır.
    Əgər hansısa səbəbdən (şiş, insult və s.) Amiqdalanın fəaliyyəti pozularsa bu zaman insanda seksual manyak dediyimiz hal yaranır.

    - Bəzi çirkin kişi və ya qadınlar var ki, yəni fiziki göstərici olaraq heç xoş görünmürlər, amma onlarda qəribə bir cazibə olur. Bu da beynin onlarda nəsil artırmaq qabiliyyətini görməsinin nəticəsidir?

    - Bu, feromonlarla bağlıdır. Feromonlar çox olan qadın cazibədar təsir bağışlayır. tədqiqatlar sübut edib ki, insan feromonları tər vasitəsilə dəri səthinə çıxan və oradan da buxarlanan cinsi hormonlardır.

    Eyni zamanda, dəridə olan mikroflora tər və cinsi hormonlarla birlikdə hər bir insan üçün spesifik olan xüsusi qoxu yaradır. Təcrübələr zamanı dişi siçanın feromonlarının hələ seksual təcrübəsi belə olmayan gənc erkək siçana canlandırıcı, oyandırıcı təsiri sübuta yetirilib. Buna “Kulic effekti” deyilir.

    Feromonlar təkcə libidonun yaranmasında yox, həm də cinsi seçmədə iştirak edirlər. Elmi tədqiqatlar sübut edib ki, tər vasitəsilə təkcə cinsi hormonlar yox, həm də immun sisteminin zülalları – antitellərin də qalıqları dəri səthinə çıxırlar. Bunlar MHC-kompleks (Major Histocompatibility Complex - əsas histouyğunlaşma kompleksi) adlanır.

    Bu qalıqlar orqanizmin hansı xəstəliklərə qarşı dayanıqlı olmasının göstəricisidir və bizim fərdi qoxu xəritəmizi müəyyən edir. Yeri gəlmişən, məməlilərin bütün növlərində hər bir fərdin özünəməxsus, spesifik qoxusu var.
    Belə bir maraqlı təcrübə aparıblar: 10-20 kişi idman zalında yorulana qədər məşq etdikdən sonra maykalarını soyunub-geyinmə otağında asıb, gedirlər.
    Sonra qızlardan xahiş olunur ki, bu maykaları iyləyərək, qoxusu onlara xoş gələni seçsinlər. Sonrakı təcrübələr göstərdi ki, qadınla kişinin MHC-kompleksləri nə qədər az uyğundursa, qoxu bir o qədər xoş gələcək.

    Bu, o deməkdir ki, qızın orqanizmi bir cür, oğlanın orqanizmi isə tam başqa cür xəstəliklərə davamlıdır. Nəticədə, onların uşaqları həm bu, həm də digər xəstəliklərə dözümlü olacaq.
    Ona görə də cinsi seçmədə qız hətta oğlanı görməsə belə, qeyri-şüuri olaraq, ətri xoş gələn oğlana üstünlük verir.

    - Beynimizi xoşbəxt etmək üçün yeyiriksə və bu da arzuolunmaz piylənməyə, köklüyə səbəb olursa, qarşısını necə ala bilərik?

    - İnsanlar kimisə sevəndə, vurulanda onu tərəzidə çəkib sonra sevmirlər. Ümumiyyətlə, fransizlar deyir ki, intellektual qadınlar ən gözəl xanımlardır.

    Həyatda sizə pozitiv enerji verən N qədər məşğuliyyət var. Kitab oxumaq, səyahət, gəzmək, dostlarla birlikdə qonaqlıq və s. Amma bütün bunlarla bərabər sevgi insan həyatının çox önəmli şərtidir.

    Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar. Araşdırmaların nəticəsində cinsi əlaqənin sadəcə insanlar arasında bir ehtiyac olmadığı, həmçinin, insan sağlamlığına fayda verdiyi müəyyənləşib.

    Cinsi əlaqə zamanı insan beynində yerləşən və əhval-ruhiyyəni yüksəldən endorfin adlı maddənin miqdarı artır, qan dövranı yaxşılaşır. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq orqazm keçirən kişilərin daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadıqları ortaya çıxıb.

    Orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı müdafiə funksiyası da aşkarlanıb. Müntəzəm orqazm prostat xərçəngi riskini azaldır.
    Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib. Qadınlardan söz düşmüşkən, onların gözəl və sağlam qalmaları üçün kremlər, kosmetik vasitələr, müxtəlif maskalar vacib deyil. Sevgilisi ilə gözəl vaxt keçirərək, gözəlləşməyin mümkünlüyü sübut edilib.
    3500 amerikalı qadın üzərində araşdırma aparan elm adamları cinsi həyatından məmnun və müntəzəm sevgi yaşayan qadınların gənc və gözəl qaldıqlarını ortaya çıxarıb. Sevgi canlıların, o cümlədən, insanın həyatında böyük müsbət emosiya mənbəyidir. Ona görə, oxucularımıza bol sevgi və sevinc dolu ömür arzulayıram.

    İlhamə

    Oxunub: 350
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      20-09-2025
      15:30 | İctimai qurumların saxta medalları - Nail Kəmərli hamısından İMTİNA ETDİ - FOTO
      15:20 | Zəngəzur dəhlizi ilə bağlı təfərrüatlar bu danışıqlarda DƏQİQLƏŞƏCƏK
      15:00 | BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
      14:55 | İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
      14:45 | POLŞA, ESTONİYA... İNDİ NÖVBƏ KİMİNDİR? - Kreml azğınlaşır, NATO çaş-baş qalıb...
      14:41 | Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
      14:33 | Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
      14:15 | Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
      13:55 | "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
      13:40 | RUSİYADA MİQRANTLAR ÜÇÜN PATENTLƏR LƏĞV OLUNUR -  Yeni model tətbiq ediləcək
      13:35 | Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
      13:30 | “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
      13:20 | Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib - TƏFƏRRÜAT
      13:15 | İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
      13:00 | TANRININ İMZASI VƏ TƏSADÜF
      12:55 | Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
      12:50 | “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
      12:45 | Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
      12:40 | Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
      12:30 | HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
      12:25 | Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -  VIDEO
      12:20 | Qənimət Zahid Baş Prokurorluğa çağırıldı -  Barəsində axtarış elan olunub
      11:55 | "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"- Paşinyan
      11:45 | Avropa Komissiyasında Orbana 550 milyonluq jest - Macarıstanın şantajı işə yaradı
      19-09-2025
      19:15 | Rusiya Yaxın Şərqdən muzdlu yığmağa başlayıb - İranın vasitəsilə
      19:00 | Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
      18:55 | “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
      18:30 | NÜVƏ HÜCUMU ETMƏK POTENSİALINA MALİK 15 ÖLKƏ - “Nüvə üçlüyü”nün gücü...- ARAŞDIRMA
      18:15 | Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
      18:00 | MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
      17:50 | Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
      17:30 | Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
      17:25 | “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
      17:20 | Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
      15:45 | Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
      15:40 | Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
      15:35 | Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
      15:01 | Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
      14:55 | Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
      14:50 | Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
      14:45 | Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
      14:40 | Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
      14:30 | MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
      14:25 | Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
      14:20 | Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
      14:15 | Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
      13:00 | Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      10:30 | UEFA Çempionlar Liqası: favoritlər qələbə qazandılar - NƏTİCƏLƏR
      10:25 | Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
      10:15 | ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR?- Alıcılar nələrə diqqət etməlidirlər? /QİYMƏTLƏR
      10:10 | "Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir"-  Braziliya prezidenti
      10:05 | Yol polisi sürücülərə müraciət etdi - Şəhərə giriş bağlanacaq
      10:00 | Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
      09:55 | "Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır"- ZELENSKİ
      17-09-2025
      20:00 | MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU -  SİYAHI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.