Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
Ermənistan Baş naziri Nikol Paşinyanın kilsəni daxildən dağıtmaq qərarına gəlib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan kilsəyə və katolikos II Qareginə qarşı mübarizə taktikasını dəyişib. Açıq kampaniya ilə katolikosun istefasına nail ola bilməyən baş nazir kilsəni daxildən dağıtmaq qərarına gəlib. Məlumata görə, hökumət rəsmiləri arasında cihad başlayıb”, - məlumatda bildirilib.
Nəşr yazıb ki, hökumət kilsə daxilində II Qaregindən narazı olanları öz tərəfinə çəkərək, onlara müəyyən vədlər verib:
“Onlara deyilib ki, kilsə rəhbərliyindən taxtdan salına biləcək hər kəs üçün maddi dəstək veriləcək. Hökumət bununla daxildə maraqları qızışdırmağa çalışır.
Bundan əlavə, qanunsuz fəaliyyətlər barədə daxildən məlumat almağa çalışırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına katolikos əleyhinə materiallar toplamaq əmri verilib. Paşinyan II Qregini vəzifəsindən azad etmək fikrindən əl çəkməyib. Yaxın günlərdə Eçmiədzinin mərkəzi meydanında keçiriləcək izdihamlı tədbir bu prosesin kulminasiya nöqtəsi olacaq. Belə bir fikir var ki, hücum gələn il, seçkilər ərəfəsində həyata keçirilə bilər”.
Press-fakt