Taliban qapı-qapı gəzib "ölüm məktubu" qoyur
Əfqanıstanda bu gündən etibarən ölkədəki evakuasiya prosesi başa çatıb. ABŞ başda olmaqla bütün NATO qüvvələrinin bölgədəki əsgərləri və digər məmurları ölkələrinə qaytarılıb. Geridə qalanların yaşadıqları qorxu və xaos atmosferi isə gündən-günə daha da şiddətlənir.
Xarici KİV-də yayılan məlumatlara görə, Taliban, "Qərb qüvvələri" və hətta "Səlibçilər" üçün çalışmaqda günahlandırdıqları insanların qapılarına "ölüm məktubları" asıb. Həmin məktublarda Taliban tərəfindən çağırılanlara məhkəməyə qatılmaq əmri verilib. Bundan əlavə, iştirak etməyənlərin edam ediləcəyi açıq şəkildə bildirilib.
Bu məktublardan birini qapısının ağzında tapanlardan biri də altı uşaq atası 34 yaşlı Naz olub. Soyadını açıqlamaq istəməyən Naz, İngiltərəyə sığınacaq üçün müraciət edib və bildirib ki, Kabulda yaşadığı qorxunu sözlə ifadə etmək mümükün deyil.
“Qapımda qoyulan məktub Taliban tərəfindən möhürlənmiş rəsmi bir kağız idi. Məni öldürmək istədikləri aydındır. Məhkəməyə müraciət etsəm, həyatımla cəzalandırılacağam. Getməsəm, onsuz da məni öldürəcəklər. Ona görə də gizlənməyə, qaçmağa çalışıram və köməyə ehtiyacım var ",-deyə bildirib.