Türkmənistanda epidemioloji vəziyyət ağırlaşıb - Məzarlıqlarda qəbirləri qazıb çatdırmaq olmur

Aşqabad apteklərinin qarşısında uzun növbələr yaranır.
Globall.az MediaTürk TV-yə istinadən xəbər verir ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən dərman alanların sayı artıb. Türkmənistan hakimiyyəti ölkədə COVİD-19-un mövcudluğunu qəbul etmədiyindən xəstələrə bu diaqnozu qoymaq qadağan edilib. Buna görə də həkimlər xəstələrə "sətəlcəm" və ya "qrip" diaqnozu qoyurlar.

Hər üçüncü adam bir ampulası 995 türkmən manatı, yəni 35 ABŞ dollarına başa gələn bahalı antiviral dərman Remdesivir alır. Həkimlərin reseptlərinə görə, üçdən beşə qədər ampul almaq tələb olunur. Çox vaxt insanlar yalnız bir ampul ala bilir, pulu tapdıqdan sonra digərlərini də gəlib alacaqlarını bildirirlər.
Hazırda koronavirus ölkə sakinlərinin müzakirə etdiyi əsas mövzulardan biridir.
"İnsanlar 'koronavirus' və ya 'covid' sözlərindən qaçmağa çalışırlar, amma hər kəs hər şeyi başa düşür. Demək olar ki, hər kəsin sevdiyi birinin, dostunun və ya tanışının ölümü ilə bağlı bir hekayəsi var deyə bu günlərdə bir dostunu itirən Aşqabad sakini “Türkmənistan Xronikası”na bildirib.

Onun sözlərinə görə, dostunun cəmi 30 yaşı var imiş və xəstəliyi hər hansı ciddi fəsadlar olmadan keçirimiş. “Evdə müalicə almaq qərarına gəlmişdi və tanışlarının məsləhəti ilə dərmanları özü seçirdi. Vəfat etdiyi gün səhər bir tibb bacısı ona sistem qoşub, bundan sonra dostumun səhhəti kəskin pisləşib. Boğulmağa başlayıb və huşunu itirib. Təcili yardım maşını vaxtında gəlsə də, amma onu xilas edə bilməyiblər "deyə Aşqabad sakini bildirib.
Yaxınlarına mərhumun ən qısa zamanda dəfn edilməli olduğu bildirilib. Ancaq məlum olub ki, indi dəfn üçün lazım olan ayinləri yerinə yetirəcək molla tapmaq çox çətindir. Həmçinin, ölülərin qəbiristanlığa aparıldığı maşınlar da azdır. Nəticədə cəsəd şəxsi avtomobillə aparılıb.
İşçilər məzarları qazıb çatdıra bilmədiyindən qəbiristanlıqda da problemlər yaranıb.
Bundan əlavə, Türkmənistan Xronikası müxbirlərinin dediyinə görə, Aşqabaddakı bir çox məsciddə və paytaxt ətrafındakı kəndlərdə kəfənlik bez və mərhumun bükülməsi üçün nəəzrdə tutulan adyal da çatışmır. Adətən, mərhumun qohumları ən yaxın məsciddən 25 metr kəfənlik bezi pulsuz əldə edə bilərlər. İndi insanlardan artıq qalan parça qalıqlarını geri vermələri istənilir ki, bundan da ölüləri bükmək üçün adyal tikirlər.
Əgər adam xəstəxanada ölürsə, onun cəsədi yaxınlarına hava keçirməyən bir torbada verilir və torbanı açmaq qadağan edilir. Ancaq mərhumun qohumları evdə dəstəmaz almaq və kəfənə bükmək də daxil olmaqla cənazə mərasimlərinə əməl etməyə davam edirlər.
Aşqabad sakinlərinə ölülərin xatirəsini yad etmək üçün həyətlərdə çadır qurmağa icazə verilmir, buna görə də insanlar evlərin yaxınlığında xalça sərərək ənənəvi yas mərasimlərini keçirilər.

Oxunub: 266
Xəbəri paylaş
Paylaş: