Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
Press-fakt.az
    
  • BMT-də gərgin gözlənti:
    BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
  • 
  • İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb -
    İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
  • 
  • Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ -
    Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
  • 
  • Rusiya ordusu Dnepri bombaladı -
    Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
  • 
  • Şəmistan Nəzirli vəfat edib -
    Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
  • 
  • "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-
    "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
  • 
  • Oğlunun saatı Kadırovun başına BƏLA OLDU -
    Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
  • 
  • “Türkiyə 10 il əvvəl nümunə göstərdi”-
    “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
  • 
  • İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı -
    İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
  • 
  • Tramp  sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
    Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
  • 
  • “Bunu mən və İlham Əliyev etdik”-
    “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
  • 
  • Erməni milyarder məşhur kanalı satın aldı -
    Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
  • 
  • Sabahın havası: yağış, dolu, qar...-
    Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
  • 
  • HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?-
    HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
  • 
  • Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -
    Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -  VIDEO
  • 
  • Qənimət Zahid Baş Prokurorluğa çağırıldı - 
    Qənimət Zahid Baş Prokurorluğa çağırıldı -  Barəsində axtarış elan olunub
  • 
  • "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"-
    "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"- Paşinyan
  • 
  • Avropa Komissiyasında Orbana 550 milyonluq jest -
    Avropa Komissiyasında Orbana 550 milyonluq jest - Macarıstanın şantajı işə yaradı
  • 
  • Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
    Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
  • 
  • “Türkiyə çökür” iddialarına cavab -
    “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
  • 
  • Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
    Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Avropada ildə 140 mindən çox insan intihar edir
  • ABŞ hərbçiləri arasında intihar halları artıb
  • "Taliban"dan şok qərar: "Bombalı saldırı ilə intihar edənlərin ailəsinə pul veriləcək..."
  • Gömrük Komitəsinin Böyük inspektoru intihar etdi
  • Azərbaycanlı iş adamı Türkiyədə özünü güllələdi
  • İNTİHARA APARAN YOL...- Son 10 ildə suisidin geniş yayılması nə ilə bağlıdır?

    • Tarix: 26-10-2021, 11:00



    Dünyada hər gün 3 min adam könüllü olaraq həyatdan məhrum olur

    Ümumdünya Səhiyyə təşkilatı intihar hallarının qarşısının alınması günü - 10 sentyabr ərəfəsində özünə qəsd edənlərin əməllərinin profilaktikası ilə bağlı Milli strategiyası olan ölkələri beynəlxalq aləmin diqqətinə çatdırıb. Say çox deyil, təxminən 40 ölkə. Əldə olunan nəticələrdən məlum olur ki, hər 40 saniyədə bir insan həyatı qeyb olur.

    Qənaitimə görə, təkcə dövlət orqanları yox, vətəndaş cəmiyyəti - KİV, QHT-lər, internet xəbər portalları bu istiqamətdə səmərəli fəaliyyət göstərməlidirlər. Daha çox bu əməlin profilaktikasına yönələn maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

    Son 10 ildə intihar hallarının geniş yayılması nəticəsində bəzi ölkələrdə 100.000 əhaliyə 10,5 fakt, bəzən də 100 000 əhaliyə 5-30 fakt düşür.
    Özünü öldürmə - suisid müasir cəmiyyətin qlobal problemidir. 

    Son 50 il ərzində dünyada intihar faktları 60% artıb. Bunların arasında 14-18 yaşda olanların da mövcudluğu acı təəssüf doğurur. Bu yaşda olanlar mövcud dəyərləri başqa cür dərk edir, yeniyetmə dövrünə xas ifrat tələblər irəli sürür və həmyaşıdları ilə olan münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər.

    Həyat təcrübəsi olmayan, psixi durumu hələ bərkiməmiş belə yeniyetmələr həddi buluğa çatanda yaranmış problemli situasiyalara son dərəcə emosionallıqla reaksiya verir və düzgün olmayan qərar qəbul etməklə həyatını təhlükəyə atırlar (ata bilərlər).



    Latın sözü olan suisid (sui-caedere «özünü öldürmə») qəsdən şəxsin həyatına xitam verməsikimi qəbul olunur. Elm suisidi belə şərh edir: Suisid -aşkar və ya qeyri-aşkar şəraitdə şəxsin həyatından könüllü məhrum olması ilə bağlı hərəkət və ya hərəkətsizliyidir. Akademik mülahizələrdə süisid mikrososial münaqişə şəraitində şəxsin özünü saxlaya və ya sosial-psixoloji mühitə alışa bilməməsi nəticəsində suisidal fəallığın artması kimi vurğulanır.

    Son onilliklərdə internetin inkişafı ilə insanlar arasında virtual münasibətlər də artmış, real həyatda qarşılıqlı təmas dağılmağa başladıqca həssas təbəqəyə aidinsanlarda ruhən sıxıntılar, tənəzzül dövrü baş qaldırır. Həyatın böhranlı dövründə gənclər çox asan yolla saytlara daxil olub həmsöhbət axtarışına,problemlərini virtual qaydada həllinə başlayıırlar. Belə şəraitdə süisid hallarının rahat təbliği mümkün olur.

    Dünyada hər gün 3 min adam könüllü olaraq həyatdan məhrum olur. Müasir dövrdə intihar hallarına görə Rusiya siyahıda liderlik edir, Belarus ikinci yerdə, Litva isə üçüncü yerdədir.

    Azərbaycana gəlincə, 2014-2018-ci illərdə və cari ilin 7 ayında ölkədə 2 min 831 intihar faktı qeydə alınıb. 2014-cü ildə 490, 2015 -ci ildə 499, 2016-cı ildə 507, 2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə 316 intihar hadisəsi baş verib. 2014-2018-ci illərdəvə cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərin 66,4 faizini (1879) kişilər, 27,7 faizini (785) qadınlar təşkil edir.



    MDB ölkələri arasında Rusiyada hər 100 min nəfərə düşən intiharların sayı 31, Belarusda 26,2, Qazaxıstanda 22,5, Qırğızıstanda 8,3, Özbəkistanda 7,4, Türkmənistanda 6,7, Moldovada 4,7, Tacikistanda 2,5 fakt təşkil edir. Analoji müqayisədə həmin faktların sayı Ukraynada 22,43, Gürcüstanda 8,2 fakt təşkil edir.

    Belə qənatə gəlinib ki, intihar halları Çinin uzaq əyalətlərində yaşayan kənd sakinləri arasında daha çox baş verir. İntiharların ümumi sayının 50 faizikənddə yaşayan gənc qadınların payına düşür.

    Avstraliyalılar arasında isə il ərzində 1280 nəfər könüllü olaraq həyatına qəsd edir və ya intihar həddinə çatdırılır. Ölkədə özünü öldürmə halları həm yaşlılar, həm də gənclər arasında artımla müşahidə edilir. İntiharlarla bağlı “qaynar xəttə”daxil olan zənglərin sayı da yüksəkdir. Ay ərzində belə zənglərin sayı 47 mini ötür. İl ərzində 500 min adamın (bəzən daha çox) “qaynar xəttə”zəngi qəbul edilir.

    İntiharların artımı 1990-cu ildən başlayaraq diqqəti cəlb etməyə başlayıb.Bəzi mütəxəssislərin fikrinə görə gənclərin və yeniyetmələrin alkoqollu içkilərdən asılılığı onların psixikasının pozulmasına təsir edir.

    Bəzən ali tədris mərkəzlərində təhsil alan gənclər həyatın arzuolunmaz, sərt «oyun qaydaları» ilə rastlaşdıqda düşüncələrinə xas «həyat nağılı» dağılır və mürəkkəb situasiyada müvazinətlərini saxlaya bilməyib, kimdən kömək alacaqlarını da bilmədiklərindən özünə qəsdə cəhd edirlər.

    Ekspertlərin vahid fikrinə görə həyatla vidalaşmağa aparan əsas səbəblərə yoxsulluq, işsizlik, ağır xəstəliklərə məruz qalma, evdə, ailədəki problemləri həll edə bilməmək, həyatdan doymaq və s. aid edilir. Lakin özünə qəsdlərin 80 faizi psixikasında ciddi çatışmazlıqlar, əsəb gərginliyi yaşanan, alkoqol və narkomanlığa aludə olanlar arasında baş verir.



    Təcrübədə sağlam insanların da həyatlarına qəsd etmə faktlarına rast gəlinir. Uğursuz sevgi həyatı, boşanmalar, yaxın adamın ölümü, münaqişələr, işdə çətinliklər bu səbəblərdəndir. Çox təəssüf ki, hamı özündə güc və iradə tapıb həyatın qeyri-adi çətinlikləri qarşısında tab gətirə bilmir, yaşanan problemləri həll etmək bacarığında olmur.

    Qənaətimə görə, müasir çəmiyyətdə mürəkkəb həyat şəraitindən çıxış yolu nümunəsinin olmaması da intiharlara sövq edə bilir. İntihar əməllərini doğuran mühüm və real səbəblər sırasına psixi xəstəliyə məruz qalma, psixi durumda yaşama və psixoəsəb vəziyyətində həyatın davam etməsini də daxil etmək olar.

    Suisidə təsir edən digər obyektiv səbəblərdən aşağıdakıları göstərmək olar:
    - Sosial şəbəkələrdə özünə qəsdin təbliğ edilməsi, sosial qruplarda, fərdlər arasında qarşılıqı əlaqənin daralması;
    - Yeniyetmələrin problemləri ilə bağlı informasiyaların təbliğ, təşviq və münasibətlərə zidd çağırış xarakterdə tirajlanması(qurbanı inandırmağa çalışırlar ki, çıxış yolu həyatdan getməkdir. Ən doğru yol və problemin həlli özünə qəsdədir və s.);
    - Suisidin qurbanını inandırmağa çalışırlar ki, özünə qəsddən sonra sosial şəbəkələrdə nüfuzu artacaq, ondan çox yazacaqlar və s…

    Beləliklə, internet və virtual məkana nəzarət zəif olduğundan, yeniyetmələrin intihara yolu reallaşır.
    Sosial şəbəkələrə nəzarətin zəifliyi səbəbindən suisidin «dəbdə» olduğu qənaəti rahat təbliğ olunur, destruktiv dəstələr - birliklər və qruplar bu məqsədlə birləşirlər.

    Müasir kütləvi kommunikasiya vasitələrindən sərbəst istifadənin cəmiyyətə və ayrı-ayrı şəxslərə müxtəlif mənada təsir gücü yetərincədir.



    Kiber suisid halları ilə mübarizə aparan bəzi ölkələrin təcrübələrindən bəlli olur ki, internet vasitəsilə özünə qəsd edənlərə «yardım etmək» çətin olur. Qarşısını almağa istiqamətlənən mühüm üsullardan biri ümumtəhsil müəssisələrində bu cinayətə - suisidal davranışlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, müasir problem kimi tədrisidir.

    Bu mənada aşağıdakı kompleks, pedaqoji və təşkilati-metodik xarakterli tədbirlərin görülməsi də əhəmiyyət kəsb edir:
    - Suisidə meyilli şəxslərin aşkar edilməsi üçün monitorinqlərin keçirilməsi;
    - Müasir informasiya mühitinə uyğun profilaktikanın təkmil formalarından istifadə edilməsi;
    - İntiharların profilaktikası sahəsində bacarıqlı pedaqoq və valideynlərin səriştəsindən istifadə edilməsi;
    - Bu işdə mütəxəssislərin(koordinasiyası) kompleks əlaqəsi prinsipinə əməl olunması;
    - Pedaqoqların, psixoloqların, sosial və tibb işçilərinin həddi buluğa çatmamışların və valideynlərin işləri üzrə komissiyanın qarşılıqlı əlaqəsinin gücləndirilməsinin təmin edilməsi və s...

    Kəmiyyət göstəricilərinə görə bütün dünyada intihar hallarının 79 faizi sosial inkişafı aşağı və ya orta səviyyədə olan ölkələrin payına düşür.
    Sosial inkişafı yüksək olan ölkələrin vətəndaşları arasında kişilər qadınlardan 3 dəfə çox intihara əl atırlar. Amma gəlir səviyyəsi aşağı və ya orta həddə olan ölkələrdə qadınlarla kişilərin payı bərabərdir. 
    ÜST-ün qanaətinə görə 15-29 yaşda olan yeniyetmələr və gənclər arasında olan intiharlar yol nəqliyyat hadisələrində həlak olanlardan sonra ikinci yerdə qeydə alınır.
    15-16 yaşlarda qeydə alınan intihar faktlarında isə qızlar çoxluq təşkil edir.

    İntiharlar - özünü asma, hündürlükdən atma, zəhərləmə, odlu silahdan istifadə etməklə və s. üsullarla həyata keçirilir. İntihar hallarının azalmasına təsir edən əsas və özünü təsdiqləmiş səbəblərdən biri özünə qəsdə aparan vasitələrə çıxışın və ondan istifadənin məhdudlaşdırılmasıdır. Məsələn, dərman pereparatlarına, odlu silaha əl çatanlığı qapamaq və s..

    KİV-də suisidin qarşısının alınmasına səmtlənən maarifləndirmə, tövsiyə xarakterli məlumatların yayılması, yeniyetmə və gənclərin həyat məqsədlərilə uzlaşan proqramların inkişaf etdirilməsi ictimai marağa xidmət edir. (Belə proqramlar onların stresdən çıxış yolunu təqdir edə, intihara meyilli gənclərin düşüncələrində dəyişiklər edə bilər).

    Yuxarıda qeyd edildiyi kimi intihar hallarının qarşısını almağa yönələn səmərəli və profilaktik əhəmiyyət daşıyan mühüm tədbirlərdən biri risk qrupuna aid şəxslərin özünə qəsdə aparacaq alətlərdən istifadəyə çıxışını məhdudlaşdırmaqdır. Səhlənkarlıq, diqqətsizlik, ehtiyatsızlıq və biganəlik halları olan yerlərdə intihara cəhdlər həmişə çox olur. 

    Bəzən həmin yerlərdə tibbi yardım əlçatmaz olduğundan suisid reallaşır. ÜST-ün «Özünə qəsdin profilaktikası ilə bağlı tövsiyəsində» əyani şəkildə göstərilir ki, risk qrupuna aid şəxslərin həyatı nəzarətdə olanda intiharların azalması müşahidə edilir.

    Şri-Lankada intiharlara meylli şəxslərə tətbiq edilən qadağalar nəticəsində faktlar 70% azalmış, 93000 nəfərin həyatı xilas edilmişdir.
    Koreya Respublikasında intihar hallarının daha çox zəhərlənmə yolu ilə törədilməsi «parakamoniakvat duzu olan güclü herbisid» tabletin qəbulu ilə baş verdiyindən bu herbisidin qəbuluna qoyulan qadağalar (əczaxanalardan bu dərmanların buraxılması ciddi nəzarət altında həyata keçirilib və ya satışına qadağalar qoyulub) nəticəsində intihar halları 2 dəfə azalıb. 

    İntihar əleyhinə mübarizənin əhəmiyyət kəsb edən istiqamətlərindən biri də, özünə qəsdin profilaktikasının milli strategiyasına uyğun monitorinqlərin keçirilməsidir. 
    ÜST-ün məlumatına görə, təşkilata üzv olan 183 dövlətin yalnız 80-i keyfiyyət üzrə qiymətləndirilməni həyata keçirib. Əksər ölkələr belə qiymətləndirməyə malik deyil!

    Səmərəli monitorinqin həyata keçirilməsi intihar hallarının profilaktikasının da səmərəliliyinə təsir edir. Dünyada əhalinin psixi sağlamlığının mühafizəsi naimnə vahid - birgə fəaliyyətə başlanılsa müsbət nəticələr də olar. Belə bir kampaniyanın kulminasiyası «Ümumdünya psixi sağlamlıq günü - 10 sentabr» gününə təsadüf edir. Həmin gün hər bir ölkə, intiharlarla bağlı hesabatını təqdim etməklə bunu doğuran səbəblərin də qarşısını almağa kömək etmiş olur.

    Özünü öldürmə halları indiki qədər narahatlıq doğurmamış, müzakirə predmetinə çevrilməmişdir. İntihar problemi bütün dövrlərdə mövcud olsa da, bunun aradan qaldırılmasına istiqamətlənən tədbirlər gözlənilən səmərəni verə bilməmişdir.

    Suisidal davranış şəxsin deviant davranışlarının bir forması və ya subyektiv patoloji təfəkkür tərzinin məhsulu kimi özünə qəsd halına keçir. Belə davranış özünü könüllü həyatdan məhrum etməyə yönələn cəhdin bilavasitə yerinə yetirilməsilə başa çatır.

    Bu gün intihar fenomeni günün ağrılı və aktual mövzullardan biridir. ÜST-ün statistik məlumatına görə suisidal aktların törədilməsi il ərzində bəzən 80 min fakt təşkil edir. 15 milyondan çox insan müxtəlif səbəblər ucbatından həyatından məhrum olur.

    Sosioloqların tədqiqatına görə, özünə qəsdin qurbanları daha çox yeniyetmə və gənc yaşda olanlardır. İkinci yerdə 40-60 yaşda olanlardır. Suisid nəticəsində həyatını itirənlərin sırasında 70 yaşdan yuxarı ahıl şəxslər də var.

    Özünə qəsdin növləri aşağıdakı kimi təsnif edilir:
    - Şəxsin sosiumda qarşılıqlı münasibətlər dairəsinin daralması - Eqoistik hal.
    - Fərdin mənəvi dəyərlər sisteminin tam iflası, itirilməsi - Anomik hal.
    - Yüksək məqsədə nail olmaq və ya ümumi maraq naminə məqsədə çatmaq - Alturistik hal.
    - Özünü ittiham etmək ideyası nəticəsində meydan çıxan - Günahı yumaq;
    - Özünün özəl düşüncə tərzini, fikirlərini sübut etmək və hamıya çatdırmaq, mövcud qaydaların səhv olduğunu nümayiş etdirmək üçün - etiraz, və s.

    Adətən suisidin növlərini üç kateqoriyaya bölürlər:
    - Nümayişkaranə akt;
    - Həqiqi özünə qəsd;
    - Gizli intihar (yanakı qəsd, birbaşa olmayan özünü məhv etmə).

    İlk növdə intihar adətən qısa zamanda, tələm-tələsik, affekt nəticəsində baş verir. Bu elə bir emosional vəziyyətdir ki, şəxs ya tam, ya da qismən anlaqsız vəziyyətdə olur. Bəzən də bu hərəkətilə kənar diqqəti özünə cəlb etmək istəyir, məqsədinə çatmaq, ictimaiyyətə özü haqda ərz etmək və yaxud, ondan istəyini tələb etməklə, ala bilməklə davam edir. Nümayişkaranə intihar bir növ şantaj xarakteri daşıyır.

    - Həqiqi - intihar. Bu, nümayişkaranə intiharın tam əksidir. Fərd həyatına xitam verməkdə israrlı olur, dəqiq plan və qərarla özünə qəsd edir. Məqsədi nəyin bahasına olur-olsun həyatla vidalaşmaqdır. Heç kimlə məsləhətləşmədən və doğmalarının da reaksiyalarına fikir vermədən bunu edir.

    Üçüncü növ intihar - özünə qəsdin yanakı növünə uyğun özünü öldürməsidir. Belə bir vəziyyətdə, şəxs şüurlu şəkildə suitsidal davranışa yol verir. Bu, davranışın elə bir modelidir ki, həyatla vidalaşma təxirəsalınmaz olmur, amma bütün hərəkətlər subyektiv qərar qəbul etməklə müşayət olunur. Özünə qəsdin yanakı formasında subyekt ağır xəstəlikdən əzab çəksə də, həkim müayinəsindən və ya köməyindən bilə-bilə imtina edir.

    Gizli suisid şəxsdə ictimai münasibətlərə zidd bəzi hallardan - alkoqoldan və ya narkomaniyadan asılı olması ilə davam edir. Bura həm də, küçə hərəkət qaydalarına məhəl qoymadan avtomobilin yüksək sürətlə idarə edilməsi, tələb olunan ekipirovkalar və müvafiq hazırlıq olmadan idmanın ekstremal növlərilə məşğul olma, hərbi münaqişələrin davam etdiyi qaynar nöqtələrdə könüllü iştirak etmə aiddir.



    Aşağıdakı hallarda hüquq məsuliyyəti yarana bilər.

    - Suisidə sövq etməyə görə;
    - Özünü öldürmə həddinə çatdırma - şəxsin ləyaqətinin mütəmadi aşağılanması, şantaj və amansız rəftar etmə, mənəvi, seksual və fiziki zorakılıqlarla davam edən hərəkətlər;
    - Suisidal aktda vasitəçilik;
    - Özünə qəsd edən şəxsə hamilik edən həkimin yardım etməməsi.

    Suisidal davranışların (fundamenti) formalaşması psixotik reaksiyaya malik genetik faktorlarla da bağlıdır. Belə anormal «vərəsəlik» həmin ailədə böyüyən şəxsin gələcək davranışlarında problemlər yaradır.
    Bu mühitdə yaşa dolan uşaq ya hədsiz ciddi rejimdə böyüyür, yaxud da həyat öz axarına buraxılır. 
    Uşaq tələbatının tanınmaması, uşaq hüquqlarının pozulması, ləyaqətin alçaldılması, kiçik şəxsiyyətin işgəncələrə tab gətirib, valideyn mərhəmətindən və nəvazişindən, qayğılarından uzaq düşməsi, kənardan ona məhəbbət və diqqətin olmaması təbii ki, suisidə gedən yolu qısaldır.

    Belə bir mənzərədə böyüyən kiçik şəxslərin şəxsiyyəti də başqa cür formalaşır, şəxsi portretinin xarakterik cizgiləri qüsurla ərsəyə gəlir, tam olmur.

    Suisidi doğuran sair səbəblər sırasında:

    - Ailədə qarşılıqlı anlaşmanın yoxluğu;
    - Qohumlarla münaqişəli vəziyyətin, mübahisələrin olması və davam etməsi;
    - Ər və arvadın ictimai mənəviyyata zidd hərəkətləri;
    - Sərxoşluq və narkomanlıqdan asılılıq;
    - Sevdiyi adamın xəyanəti;
    - Uşaqlarla problemlərin məcrasına yönəldilməsində çətinliklər;
    - Ağır psixi xəstəliklərə məruz qalan ahıl şəxslərlə bir yerdə yaşamağa məcbur olma;
    - Ər tərəfindən arvadın incidilməsi, mənəvi və psixoloji təzyiqin olması, döyülməsi, qeyri-etik davranışlar;
    - Boşanma və ya ayrılma;
    - Yaxın qohumun ölümü;
    - Ər və arvadın və yaxud, uşaqların davam edən ağır xəstəliyini və s. göstərmək olar.

    Təhsildə uğursuzluqlar, yaradıcı layihələrin iflası, peşəkar sferada çətinliklər də intihara apara bilər.

    Cəmiyyətin arzulamadığı problemli məsələnin KİV-də dövlət qurumlarının yaydığı informasiyalardan kənar, səhih mənbəyə əsaslanmayan faktların çap edilməsi, məlumatların bəzən «görk» olacaq tərzdə verilməsi intiharlara çağırış kimi də yozula bilər. Hərəkətlərini və davranışlarını nəzarətdə saxlaya bilməyən, iradəsi zəif, kövrək xarakterə malik yeniyetmə və gənclər belə informasiyalardan «bəhrələnirlər».

    Qənaətimə görə, suisid hərəkətlərinin təbliğ və təşviq formasında, diqqət çəkən başlıqlarla verilməsi cəmiyyətə zərərli məlumat ovqatı bəxş edir.
    Fakt üzrə cinayət təqibinin prokurorluq orqanları tərəfindən başlanılmasını nəzərə alsaq, bu tip informasiyaların yayılmasını yalnız müştəntiqin və ya prokurorun rəsmi məlumatına istinad etməklə tirajlanmasının tərəfdarıyam. Əks təqdirdə informasiyanın dərci istintaqın obyektiv gedişinə ziyan gətirə bilər.

    Şəmsəddin Əliyev,
    İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin görülməsinə dair Qurumlararası İşçi Qrupunun üzvü

    Oxunub: 235
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      20-09-2025
      15:30 | İctimai qurumların saxta medalları - Nail Kəmərli hamısından İMTİNA ETDİ - FOTO
      15:20 | Zəngəzur dəhlizi ilə bağlı təfərrüatlar bu danışıqlarda DƏQİQLƏŞƏCƏK
      15:00 | BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
      14:55 | İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
      14:45 | POLŞA, ESTONİYA... İNDİ NÖVBƏ KİMİNDİR? - Kreml azğınlaşır, NATO çaş-baş qalıb...
      14:41 | Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
      14:33 | Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
      14:15 | Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
      13:55 | "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
      13:40 | RUSİYADA MİQRANTLAR ÜÇÜN PATENTLƏR LƏĞV OLUNUR -  Yeni model tətbiq ediləcək
      13:35 | Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
      13:30 | “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
      13:20 | Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib - TƏFƏRRÜAT
      13:15 | İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
      13:00 | TANRININ İMZASI VƏ TƏSADÜF
      12:55 | Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
      12:50 | “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
      12:45 | Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
      12:40 | Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
      12:30 | HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
      12:25 | Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -  VIDEO
      12:20 | Qənimət Zahid Baş Prokurorluğa çağırıldı -  Barəsində axtarış elan olunub
      11:55 | "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"- Paşinyan
      11:45 | Avropa Komissiyasında Orbana 550 milyonluq jest - Macarıstanın şantajı işə yaradı
      19-09-2025
      19:15 | Rusiya Yaxın Şərqdən muzdlu yığmağa başlayıb - İranın vasitəsilə
      19:00 | Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
      18:55 | “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
      18:30 | NÜVƏ HÜCUMU ETMƏK POTENSİALINA MALİK 15 ÖLKƏ - “Nüvə üçlüyü”nün gücü...- ARAŞDIRMA
      18:15 | Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
      18:00 | MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
      17:50 | Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
      17:30 | Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
      17:25 | “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
      17:20 | Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
      15:45 | Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
      15:40 | Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
      15:35 | Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
      15:01 | Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
      14:55 | Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
      14:50 | Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
      14:45 | Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
      14:40 | Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
      14:30 | MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
      14:25 | Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
      14:20 | Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
      14:15 | Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
      13:00 | Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      10:30 | UEFA Çempionlar Liqası: favoritlər qələbə qazandılar - NƏTİCƏLƏR
      10:25 | Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
      10:15 | ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR?- Alıcılar nələrə diqqət etməlidirlər? /QİYMƏTLƏR
      10:10 | "Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir"-  Braziliya prezidenti
      10:05 | Yol polisi sürücülərə müraciət etdi - Şəhərə giriş bağlanacaq
      10:00 | Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
      09:55 | "Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır"- ZELENSKİ
      17-09-2025
      20:00 | MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU -  SİYAHI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.