Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
"MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
Press-fakt.az
    
  • Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?-
    Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
  • 
  • Rusiya-Qazaxıstan sərhədində kollaps -
    Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
  • 
  • “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”-
    “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
  • 
  • Nazirlikdə üçüncü kadr dəyişikliyi - 
    Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
  • 
  • Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -
    Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
  • 
  • Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
    Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
  • 
  • Əflatun Amaşova yeni -
    Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
  • 
  • Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR -
    Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR - Hüquqşünas
  • 
  • Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
    Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
  • 
  • Rusiya Ukraynada bu qədər hərbçisini itirib -
    Rusiya Ukraynada bu qədər hərbçisini itirib -  Yeni rəqəm açıqlandı
  • 
  • “Sədərək”dəki sahibkarlar nədən narazıdır? -
    “Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
  • 
  • Ramiz Mehdiyev ev dustaqlığında -
    Ramiz Mehdiyev ev dustaqlığında -  QANUN nələrə İCAZƏ VERİR, nələri QADAĞAN EDİR?
  • 
  • Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
    Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
  • 
  • Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
    Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
  • 
  • Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...-
    Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR
  • 
  • MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-
    MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
  • 
  • Əhməd əl-Şaraa Rusiyada - 
    Əhməd əl-Şaraa Rusiyada -  Bəşər Əsədin ekstradisiyasını istəyəcək
  • 
  • İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
    İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
  • 
  • Mehdiyevlərin ailə bankı da batır - 
    Mehdiyevlərin ailə bankı da batır -  Zərərin həcmi açıqlandı
  • 
  • "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-
    "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
  • 
  • Baş direktor vəzifəsindən azad edildi -
    Baş direktor vəzifəsindən azad edildi -  “Azneft”də struktur dəyişikliyi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan XİN Əliyevlə Paşinyanın görüşəcəyini təsdiqlədi: "Dekabrın 15-də Brüsseldə..."
  • Bu gün Brüsseldə Əliyev və Paşinyan arasında görüş olacaq
  • "Pul tökdük, Brüssel görüşü hazırladıq, Putin məhv etdi..."- Kabanyan
  • BRÜSSELDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ BAŞ TUTDU - Liderlər üçtərəfli və təkbətək görüş keçiriblər -VİDEO
  • Vitali Arkov: “Prezidentlərin Soçi görüşündə artıq hər şey həll olunub”
  • Rusiyadan İrəvana son XƏBƏRDARLIQ - Bakının təklifini qəbul etsən, səni də...

    • Tarix: 6-04-2022, 15:09


    Bu gün Avropanın mərkəzində Azərbaycan və Ermənistan dövlət başçılarının baş tutacaq görüşü iki ölkə arasında davamlı sülhün əldə edilməsi üçün yekun qərarların veriləcəyi hadisəsi kimi tarixə düşə bilər.

    Brüssel görüşünün Bakı ilə İrəvan arasında dekabrın 14-ü 2021-ci ildə keçirilən birinci raundundan yaxşı xatırlayırıq ki, Vətən müharibəsindən sonra iki ölkə liderlərinin təkbətək görüşü sülhə töhfə verəcək əhəmiyyətli qərarların razılaşdırılması ilə diqqət mərkəzinə düşmüşdü. Lakin Ermənistanın sonradan destruktiv mövqeyi bu prosesə ciddi əngəl yaratmağa başladı. Brüsseldəki ikinci belə bir görüş isə davamlı sülh razılığının əldə edilməsi nəzərdən son dayanacaq ola bilər. 

    Səbəblər

    İlk Brüssel görüşündə Avropa İttifaqının prezidenti Şarl Mişelin öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü. Bəyanatdakı daha bir mühüm məqam o idi ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salındı və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olundu. O gündən bu günə 4 ay keçsə də, Aİ prezidentinin qeyd etdiyi məsələlərlə bağlı Ermənistan tərəfi heç bir konstruktiv addımı ilə diqqət çəkmədi. 



    Çox güman ki, bu səbəbdən də, Brüssel görüşünün növbəti raundu üçtərəfli bəyanatlardan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından Ermənistan üçün verilən son şansdır. Ali qurum lideri erməni baş nazirə ilk danışıqlarda əldə edilən razılıqların yerinə yetirilməməsinə görə İrəvanı sülhə məcburetmə missiyasını üzərinə götürərək önəmli qərarların alınmasında pay sahibinə çevrilmək imkanı qazandıra bilər ki, bu da rəsmi Bakı ilə son zamanlar bəyanatlarında postkonflikt reallıqlarının əks olunduğu Aİ-nin münasibətlərinin bundan sonrakı inkişafında çox müsbət formul rolunu oynamaq imkanı verəcək.

    Brüssel görüşünü eyni zamanda Rusiya ilə Qərbin Şərqi Avropadakı müharibə fonunda növbəti və həlledici soyuq savaşı da adlandırmaq olar. Təbii ki, bir də bu baş verənlərə mövqe savaşı konteksindən yanaşsaq, ABŞ-la Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil etmək daha yerinə düşər. Qərbdə də məqsədinə çatmaq üçün çox güman ki, bunu özlərinə bir şans hesab edirlər. Anlayırlar ki, Cənubi Qafqazı ümumiyyətlə Rusiyanın orbitindən kənarlaşdırmaq, Qərbə daha da yaxınlaşdırmaq üçün bəlkə də bu onlar üçün həyati əhəmiyyətə malik bir fürsətdir. Beləcə Qərb Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi məsələsini həll etməyə çalışmaqla nümayiş etdirmək istəyir ki, Rusiyanın "bacarmadığını" biz etdik. 



    Elə ABŞ dövlət katibi Entoni Blinkenin bu görüşə bir gün qalmış Nikol Paşinyan və İlham Əliyevlə telefon açaraq əlaqə saxlaması Qərbin bu görüşə nə qədər böyük əhəmiyyət verdiyini nümayiş etdirməklə yanaşı, bu məsələdə bir sistemli fəaliyyəti nəzərə çarpdırır. Telefon danışığı əsnasında Entoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib. Prezident İlham Əliyev də öz növbəsində regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.

    Bu hadisələr fonunda Ermənistan dünəndən etibarən sözün əsl mənasında çalxalanır. Paşinyanla İlham Əliyevin Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin etiraz aksiyası təşkil olundu. İrəvanda hökümətin hesablamalarına görə təxminən 11 min, müxalifətin hesablamalarına görə isə 20 min insanın iştirakı ilə keçirilən bu etiraz aksiyasının da hansı səbəbdən keçirildiyi məlumdur. Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan kimi siyasi fiqurların iştirak etdikləri mitinqdə aksiya iştirakçıları  Azərbaycan və Türkiyə ilə yeni danışıqlarla bağlı hakimiyyəti xəbərdar edərək müxtəlif tələblər səsləndiriblər. 



    Müxalifətin "Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır", "Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsinin rədd edilməlidir", "Etibarlı quru sərhəd yaradılmalıdır", "ATƏT-in Misnk Qrupu sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir", "Dəhliz verilməməlidir", "Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır", "Qarabağdakı ermənilərinin müqəddəratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır", "Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır kimi tələbləri irəli sürdüyü aksiyanın sifarişçisi də bu səsləndirilən məsələlərə diqqət yetirilərkən məncə gün kimi aydın olur.

    Avropa İttifaqının Azərbaycan və Ermənistan dövlət başçılarının 6 aprel görüşünün elan edildiyi andan etibarən ən çox narahat görünən dövlət hansı idisə, İrəvandakı mitinqin təşkilatçısı da elə odur. Aksiya iştirakçılarının səsləndirdikləri "Xain Nikol" şüarı, eləcə də "Daşnaksutyun" partiyasının üzvü, müxalifətin Parlamentdəki vitse-spikeri İşhan Saqatelyanın minlərlə aksiya iştirakçısı qaşısında "Paşinyan erməni xalqını yeni güzəştlərə hazırlayır. O, getməlidir" kimi fikirləri erməni baş naziri Azərbaycanın təqdim etdiyi 5 maddəlik məlum sülh paketinə "hə" deməsi üçün əngəl olmaq məqsədilə edilən təzyiqdən başqa bir şey deyil. Bununla müxalifət nümayəndələri əmri aldıqları qüvvələr tərəfindən Paşinyana mesaj vermək istəyirlər ki, əgər Azərbaycanın şərtləri ilə razılaşsan bu, sənin hakimiyyətinin sonu olacaq. Müxalifətin bu gündən regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış etməsi erməni baş nazirin gözünü qorxutmaq üçün atılan addımdan başqa bir şey deyil. Belə aydın olur ki, onlar tədricən ümümxalq mitinqlərinə başlamaqla Paşinyanın Brüssel danışıqlarında mövqeyinə, fikirlərinə təsir etmək niyyətindədirlər.

    Burada bir məsələ də xüsusilə diqqət çəkir: Aksiya iştirakçıları arasında Serj Sarkisyanın görünməsi. 4 il ərzində evdə oturub hadisələrə seyr etməyə üstünlük verən Sarkisyanın birdən-birə fəallaşması Brüssel danışıqlarına təsir göstərmək üçün Moskvanın bütün imkanlarını səfərbər etməsinin digər nümunəsidir. Bununla Kreml Paşinyana "əks addım atarsansa, postunda səni əvəzləyəcək adam da məlumdur" mesajı verməklə ona hədə-qorxu gələ bilər. Ermənistanın sabiq prezidentinin açıqlaması zamanı "Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında hər hansı sənədin imzalanacağına inanmıram. Brüsseldə razılaşmalar olarsa biz də müxalifət olaraq hərəkətə keçəcəyik. Belə mürəkkəb məsələ 30-40 il ərzində həll olunmur" deməklə prosesi ciddi şəkildə bloklamaq niyyətini ortaya qoysa da anlamır ki, hər şey tək İrəvanın istəyinə bağlı deyil. Burada bu gün regionun və Avrasiyanın ümumi düzənini dəyişən, postkonflikt dövrünün reallığını artıq dünyaya qəbul etdirməyə başlayan bir Azərbaycandan söhbət gedir.



    Əslində Kreml rəhbərinin bir neçə gün öncə 24 saatda Paşinyana 3 dəfə zəng etməsi bir çox mətləblərə aydınlıq gətirmişdi. Brüssel görüşünə bir gün qalmış İrəvanda belə bir böyük mitinqin keçirilməsi və bu tələblərin səsləndirilməsi Moskvanın Paşinyana son xəbərdarlığı kimi də şərh edilə bilər. Uzun illər Qarabağ kartından öz mənfəəti üçün eninə-boluna istifadə edən Moskvanın birdən-birə bu rıçaqdan Qərbin əli ilə məhrum olması Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vurmaqla paralel olaraq, bu gün Kremlə Ukrayna müharibəsinə görə cəbhə açan qüvvələrin regionda əlinin güclənməsinə xidmət edə bilər. Buna görə də Rusiya bütün vasitələrlə Paşinyana mane olmağa çalışır.

    Amma bu görüş öncəsi İrəvanda hansı hadisələrin baş verməsindən, Paşinyana olan təzyiqlərin ölçüsündən asılı olmayaraq rəsmi Bakının mövqeyini heç kim, heç bir qüvvə dəyişə bilməz. Azərbaycan Prezidentinin son açıqlamasında da qeyd etdiyi kimi Paşinyanla Brüssel görüşü danışıqların son mərhələsi ola bilər. Çünki bu zamana kimi son il yarımda iki ölkə liderləri arasında çox görüş keçirildi, amma dəyişən bir şey olmadı. Əgər rəsmi İrəvan bu dəfə də havadarlarının verdiyi tapşırığa əsasən, onların istəyinə uyğun addım atarsa, o zaman Azərbaycan öz bildiyi şəkildə, beynəlxalq hüququn normaları çərçivəsində lazımı tədbirləri görmək məcburiyyətində qalacaq. 

    Təhməz Əsədov

    Oxunub: 294
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      15-10-2025
      20:00 | "Boz Kardinal"ın VARİDATININ BİR QİSMİ - 216 hektar, 155 hektar, 50 hektar, 892 sot, 240 sot.../ARAŞDIRMA /SİYAHI
      19:30 | Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
      19:25 | Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
      19:15 | “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
      15:30 | Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
      15:25 | Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
      15:20 | Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
      15:15 | Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
      15:10 | Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR - Hüquqşünas
      15:00 | Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
      14:55 | Rusiya Ukraynada bu qədər hərbçisini itirib -  Yeni rəqəm açıqlandı
      14:50 | Türkiyədə dəhşətli avtomobil qəzası -  7 ölü, 14 yaralı
      14:45 | “Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
      14:40 | Ramiz Mehdiyev ev dustaqlığında -  QANUN nələrə İCAZƏ VERİR, nələri QADAĞAN EDİR?
      14:35 | Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
      14:33 | Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
      14:25 | Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR
      14:15 | Ali Məhkəmənin hakiminin 9 milyardı müsadirə edildi - 44 torpaq sahəsi, 51 bina, otellər şəbəkəsi...
      14:10 | MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
      14:05 | Əhməd əl-Şaraa Rusiyada -  Bəşər Əsədin ekstradisiyasını istəyəcək
      14:00 | İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
      13:55 | Mehdiyevlərin ailə bankı da batır -  Zərərin həcmi açıqlandı
      13:51 | “Sülh yalnız güclü olduğun zaman əldə olunur”- ABŞ müdafiə nazirindən mühüm açıqlamalar
      13:45 | "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
      13:43 | Baş direktor vəzifəsindən azad edildi -  “Azneft”də struktur dəyişikliyi
      13:40 | "Faktları tapıblar, sübutlar var..."- YAP-dan Ramiz Mehdiyevin HƏBSİNƏ REAKSİYA
      13:37 | Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
      13:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:30 | “BAŞQA HƏBSLƏR DƏ GÖZLƏNİLƏNDİR"- "Onların da layiqli cəza almasının vaxtı çatıb..."
      13:25 | “Ramiz Mehdiyevin mənə nə dəxli var?”- Əli Həsənov danışdı
      13:20 | Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR - DETALLAR
      13:15 | Keçmiş icra başçısı Ramiz Mehdiyevi TƏBRİK ETDİ - FOTO
      13:12 | Atəşkəsdən sonra Həmas və yerli klanlar arasında toqquşmalar başlayıb - CNN
      13:10 | Ramiz Mehdiyev bu cinayətləri TƏK TÖRƏTMƏYİB! - Adlar AÇIQLANDI
      13:05 | Putin Suriya lideri Şara ilə görüşəcək - Reuters
      13:02 | İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
      13:00 | Məşhur general işdən azad edildi
      12:55 | Pakistan-Əfqanıstan sərhədində toqquşmalar yenidən şiddətləndi
      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.