Azərbaycanda vəzifəli şəxs HƏBS OLUNDU - FOTO

Astara rayonunda icra nümayəndəsi həbs olunub.
Globall.az xəbər verir ki, "Unikal”ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Astara RİH-nin başçısı Qəzənfər Ağayevdir.

Oxunub: 215
Xəbəri paylaş
Paylaş: