Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi -
YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır./unikal.org
***
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur./sabah.az
Oxunub: 568
Xəbəri paylaş
Paylaş: