Qəbələdə avtomobilin vurduğu piyada 10 gün sonra xəstəxanada ölüb
Qəbələdə avtomobilin vurduğu piyada 10 gün sonra xəstəxanada ölüb. “Report” xəbər verir ki, hadisə aprelin 7-də Qəbələ şəhəri, H.Əliyev prospekti istiqamətində qeydə alınıb. Belə ki, Qəbələ şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Rahim Afər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən piyada rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Yaqub Vahiz oğlunu avtomobilin ön sağ hissəsi ilə vurub. Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən aprelin 17-də xəstəxanasında ölüb. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 90
Xəbəri paylaş
Paylaş: