Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 42
Paylaş: