Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb
Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb. "Report"un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəhrəmanov Vaqif İsa oğlu idarə etdiyi "QAZ-2410" markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mercedes-Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib. V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: