Bakıda 3 yaşlı körpəni avtomobil vurub
Bakının Binəqədi rayonunda 3 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Ə.A-nı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: