Bakıda 15 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Xətai rayonunda 15 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil 2008-ci il təvəllüdlü Musayev Elşad Vidadi oğlunun idarə etdiyi velosipedlə toqquşub. Hadisə zamanı xəsarət alan E.Musayev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Fakt araşdırılır.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: