Bakıda qadın və azyaşlı nəvəsini avtomobil vurub
Bakının Xətai rayonunda 50 yaşlı qadın və 7 yaşlı nəvəsi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. “Report”un məlumatına görə, 1973-cü il təvəllüdlü Paşayeva Kəmalə Eldar qızı və onun nəvəsi 2017-ci il təvəllüdlü S.Quluzadə yolu keçərkən avtomobil onları vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Onlar reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 86
Xəbəri paylaş
Paylaş: