Bakıda gənc oğlanı maşın vuraraq ağır xəsarət yetirib
Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Bayramov Namət Ceyhun oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: