Ağcabədidə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb
Ağcabədidə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb. “Report”un xəbərinə görə, hadisə mayın 20-də Mingəçevir-Bəhrəmtəpə yolunun rayonunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Abdullayev Zamin Mamed oğlu idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə hərəkətdə olarkən yolu atla keçən Yelmar Bayramovu vurub. Nəticədə Y.Bayramov xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, mayın 21-də həmin xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: