Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Binəqədi rayonunda 35 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Mirzəzadə Səttarxan Məhəbbət oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı S.Mirzəzadə xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 15
Paylaş: