Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Bakının Suraxanı rayonunda 49 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report"un məlumatına görə, hadisə Zığ qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Quliyev Sirac İsgəndər oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: