Bakıda binanın zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilib
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 8 m² sahədə məişət tullantıları yanıb.
"Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: