Abşeronda fəhlə hündürlükdən yıxılaraq öldü
Fərdi evdə işləyən fəhlə hündürlükdən yıxılaraq ölüb. Lent.az məlumat verir ki, hadisə Abşeron rayonunun Masazır yaşayış məntəqəsində baş verib. 46 yaşlı İlqar Binnət oğlu Məmmədov işlədiyi evdə elektrik dirəyindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: