Abşeronda it dişləyən kişi quduzluqdan öldü
Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb.
Bakupost-un n məlumatına görə Qobu qəsəbəsində 1967-ci il təvəllüdlü Bağiyev Mobruz Sabir oğlu 20 gün əvvəl öz həyətində saxladığı itin hücumuna məruz qalıb.
Xəsarət alan şəxs hadisə baş verən gündən 20 gün sonra xəstəxanaya müraciət edib, lakin o xəstəxanada ölüb.. Müayinə zamanı M.Bağıyevin quduzluqdan öldüyü təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: