Fəhlə 8-ci mərtəbədən yıxılaraq öldü -
CİNAYƏT İŞİ BAŞLANILDI
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi başlanılıb. Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: