Azay Quliyev: “Qarabağ erməniləri geri qayıda bilərlər”
“Avropanın bəzi qurumları Azərbaycana qarşı fərqli fikirlər səsləndirir. Bildirirlər ki, Qarabağdan gedən ermənilər qeyri-şərtsiz geri qayıtmalıdır. Onlara sual verilməlidir ki, qeyri-şərtsiz deyəndə nəzərdə tuturlar? Azərbaycan rəsmi olaraq bildirib ki, Qarabağ erməniləri geri qayıda bilərlər. Amma ora sonradan qanunsuz olaraq köçürülənlər təbii ki, Qarabağa qayıda bilməzlər”.
Globall.az tuekustan.az-a istinadən xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında deyib.
Deputat əlavə edib ki, Qarabağdan gedən ermənilərin çoxu ora müharibə dönəmində köçürülüb:
“Bu isə müharibə cinayəti hesab olunur. Bu cinayəti törədənlər isə indi Azərbaycanın hüquq-mühafizə orqanlarının istintaq idarələrindədir və sualları cavablandırırlar”.
O bildirib ki, əvvəl Qarabağda 120 mindən çox erməni olduğu deyilirdi, indi isə onlardan 100 mininin Ermənistana getdiyini, 50 nəfərin Qarabağda qaldığını deyirlər:
“Özlərinin səsləndirdiyi bu rəqəmlərdə belə uyğunluq yoxdur”.