İrəvan Qarabağdan qaçan erməniləri geri qaytarmağa çalışır
Ermənistan hökuməti Qarabağdan Ermənistan Respublikasına köçən erməniləri geri qaytarmağın yollarını arayır.Ermənistan KİV-nin məlumatına görə, hökumət Qarabağ erməniləri üçün İrəvan-Xankəndi avtobus marşrutlarını maliyyələşdirməyə davam edəcəyini bildirib.
Hökumətin qərarına əsasən, bu məqsədlər üçün yenidən 13,6 milyon dram (indiki məzənnə ilə 32 min dollardan bir qədər çox) ayrılacaq.
Rəsmi İrəvan iddia edir ki, guya, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan Respublikasından 56 630 nəfər Qarabağa qayıdıb. Hökumət onların geri qaytarılmasını təşkil etmək üçün təxminən 350 milyon dram (830 min dollardan çox) ayırdığını bildirib. (modern.az)
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: