Məhkəmə Ağasif Şakiroğlu ilə bağlı qərar çıxardı
Globall.az Pravda.az-a istinadən biildirir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Qeyd: Azərbaycan İdman Jurnalsitləri Assosiasiyasının prezidenti Eldar İsmayılov GAP-ın sədri Ağasif Şakiroğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib. Ərizəçi partiya sədrini Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittham edir. Ağasif Şakiroğlu mətbuata açıqlamasında bildirib ki, Eldar İsmayılov bir neçə media orqanını məhkəməyə verib. Onun rəhbərlik etdiyi partiya isə medianı müdafiə edən bəyanat yayıb. Buna görə də Assosiasiya prezidenti Nərimanov Rayon Məhkəməsinə müraciət edib, lakin təmin olunmayıb. Daha sonra Eldar İsmayılov apellyasiya şikayəti verib.Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.