Jurnalist Mahir Xəttabın apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayətinə baxılıb.
Bu barədə Report-a onun vəkili Mehman Muradlı məlumat verib.
Bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Xəttabın apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, M.Xəttab sentyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra M.Xəttab barəsində seçilmiş həbs qətimkan tədbirdən apellyasiya şikayəti verib.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: