Məşhur doktoranta protokol yazıldı
AzGP Engineering MMC-nin direktoru, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Parisa Zabolestani barəsində inzibati protokol tərtib olunub.
Globall.az Pravda.az-a istinadən bildirir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən yazılıb.
İş Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.