Partiya sədrinin müavininin işi icraata götürüldü
Gələcək Azərbaycan Partiyası (GAP) sədrinin müavini Aslan Həmidliyə inzibati protokol yazılıb.
Globall.az Pravda.az-a istinadən bildirir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatındadır.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: