Məhkəmə partiya sədrinin müavininin işi ilə bağlı daha bir qərar çıxardı
Cəbrayıl Rayon Məhkəməsində Gələcək Azərbaycan Partiyası (GAP) sədrinin müavini Aslan Həmidlinin barəsində yazılmış inzibati protokola baxılıb.
Globall.az Pravda.az-a istinadən bildirir ki, hakim Tərlan Nüsrətovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, inzibati protokol aidiyyəti üzrə yenidən Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Xatırlatma: Daha əvvəl Aslan Həmidlinin barəsində yazılmış inzibati protokola Binəqədi Rayon Məhkəməsində baxılıb və aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilmasi barədə qərar çıxarılıb.
Qeyd: Aslan Həmidlinin barəsidə protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.