Lökbatanda motosikletçi qəza törədib, xəsarət alan var
Globall.az report.az-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Malıyev Ravin Alim oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakının Qaradağ rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Oxunub: 97
Xəbəri paylaş
Paylaş: