Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” - Məcəllədəki dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?
300 MANATLA 1 AY YAŞAMAQ OLARMI? - Və ya bir ailənin aylıq yaşam xərci nə qədərdir? /TƏHLİL
“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ”- “AB-nin əksər ölkələri bu səhv yolla getdilər və...”
Press-fakt.az
    
  • "NATO-nun dağılacağından qorxurdum" -
    "NATO-nun dağılacağından qorxurdum" - Stoltenberq
  • 
  • Prezidentdən Hərbi paradla bağlı daha bir paylaşım - 
    Prezidentdən Hərbi paradla bağlı daha bir paylaşım -  VİDEO
  • 
  • Tramp Ərdoğana F-35-lər mövzusunda söz verib
    Tramp Ərdoğana F-35-lər mövzusunda söz verib
  • 
  • Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı dindiriləcək
    Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı dindiriləcək
  • 
  • Ölkəyə gətirilən “monqol əti” ilə bağlı RƏSMİ AÇIQLAMA:
    Ölkəyə gətirilən “monqol əti” ilə bağlı RƏSMİ AÇIQLAMA: Tərkib göstəriciləri yoxlanılır...
  • 
  • Ayxan Abbasov Fransa ilə oyuna onları çağırdı -
    Ayxan Abbasov Fransa ilə oyuna onları çağırdı - ADLAR
  • 
  • Paşinyan 44 günlük müharibə barədə danışdı:
    Paşinyan 44 günlük müharibə barədə danışdı: “Bu, mənim təqsirimdir”
  • 
  • Azərbaycan əsilli polis Ukraynada həlak oldu
    Azərbaycan əsilli polis Ukraynada həlak oldu
  • 
  • Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
    Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
  • 
  • Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
    Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
  • 
  • Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil -
    Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil - Abbas Araqçı
  • 
  • Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır -
    Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır - "Reuters"
  • 
  • Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? - 
    Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? -  ADLAR
  • 
  • Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
    Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
  • 
  • Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ  - 
    Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ -  FOTOLAR
  • 
  • Azərbaycan İsraildən yeni raket alıb -
    Azərbaycan İsraildən yeni raket alıb - FOTO
  • 
  • Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
    Lavrov: Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
  • 
  • Mexaniklərdən XƏBƏRDARLIQ:
    Mexaniklərdən XƏBƏRDARLIQ: Bu məşhur avtomobil markası "zibildir"
  • 
  • Gülün ingiliscə yazısı diqqət çəkdi:
    Gülün ingiliscə yazısı diqqət çəkdi: Çox böyük biabırçılıq olardı
  • 
  • Berlin divarının dağıdılmasından 36 il ötür -
    Berlin divarının dağıdılmasından 36 il ötür - Alman vətəndaşları hələ də...
  • 
  • Azərbaycan bayrağı Nyu York səmasında!
    Azərbaycan bayrağı Nyu York səmasında!
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycanda dərs günləri nə qədər artırılacaq? - RƏSMİ CAVAB
  • “Övladlarınızı ali təhsilə məcbur etməyin” - Ekspertdən valideynlərə müraciət
  • “Hamı tələbə olsun, biri 5, digəri 6 il təhsil alsın” – Professordan gözlənilməz TƏKLİF
  • "Əgər məktəblərdə pul yığımı varsa, məcburi yox, könüllü olmalıdır"- Təhsil naziri
  • Hər partada bir şagird oturacaq - Təhsil Nazirliyi
  • TƏHSİLƏ CƏMİYYƏTİN “EKSPERT” MÜDAXİLƏSİ - "Hacı" və "Kərbəlayi" titulu kimi Müəllimlik də...

    • Tarix: Bu gün, 16:00

    Şəmil SADİQ, 

    təhsil texnoloqu, dosent

    Son illər məni ən çox düşündürən mövzulardan biri də, təhsilin ictimai bir "fikir bazar"ına çevrilməsidir. Artıq hər kəs özünü təhsil eksperti hesab edir; dərs metodikasından qiymətləndirməyə, dərsliklərdən ev tapşırıqlarına, kurikulumların hazırlanmasına, təhsil siyasətinin aparılmasına qədər - istənilən mövzuda qətiyyətlə fikir bildirənlərin sayı-hesabı yoxdur.

    Bir valideyn "uşaqlar yorulur, tapşırıq çoxdur" deyir, digəri "dərslik mürəkkəbdir", üçüncüsü isə "müəllim düzgün izah etmir", digəri “müəllimlər uşaqlarla düzgün davranmır, ay Çində belədir, Finlandiyada belə" kimi iddialarla çıxış edir. Bu cür müzakirələr o qədər geniş vüsət alıb ki, sanki təhsil, hər kəsin şəxsi təsərrüfatının idarəetməsi qədər sadə və hər kəsin ixtiyarında olan bir sahədir. Kim gəldi orda nəsə əkə, biçə bilər. Təəssüflər olsun ki, bu təkcə bizdə deyil, hətta beynəlxalq arenada, məsələn, ABŞ-də "curriculum wars" (tədris proqramı müharibələri) adı altında valideynlərin tədrisin məzmununa müdaxiləsi, sosial media platformalarında "pedaqoji mütəxəssis" adıyla özünü təqdim edən şəxslərin əsassız yanaşmaları da adi hal alıb. Bu, təhsilin ictimai mülkiyyətə çevrilməsi kimi görünsə də, əslində mütəxəssis yanaşmasına zərbə vurulmasının bariz nümunəsidir. Əziyyəti çəkən isə müəllimlərdir!

    Bəli, müəyyən mənada, cəmiyyətin təhsilə olan marağı təqdirəlayiq və sağlam bir əlamətdir, çünki təhsil hər bir millətin gələcəyinin təməlidir. Lakin problem maraqda deyil, birbaşa müdaxilədə və səlahiyyət bölgüsünün pozulmasındadır. Bu gün valideynlər müəllimlərin rəhbərliyinə, sosial şəbəkələrdəki "ekspertlər" isə pedaqoji şuranın üzvlərinə çevriliblər. Nəticədə, illərini bu sahəyə həsr etmiş peşəkar müəllimin səsi, təhsildən sadəcə ümumi məlumatı olan, lakin real pedaqoji təcrübəsi olmayan şəxslərin səsi ilə bir-birinə qarışıb, hətta bəzən boğulub. Bu gün sinif otaqlarında yalnız uşaqlar deyil, həm də onların "virtual müşahidəçiləri" oturur. Pandemiya dövründə "Zoom" və digər platformalar vasitəsilə təhsilə daha yaxın olan valideynlər, sanki müəllimin sinfinə daxil olub, bir daha oradan çıxmayıblar. Onlar ev tapşırıqlarından dərs planlarına, qiymətləndirmə mexanizmlərindən tutmuş, sinif idarəçiliyinə qədər hər bir detalı müzakirə edir, qorxulusu isə diktə etməyə çalışmalarıdır. Bu vəziyyət müəllimi özünün peşəkar qərarlarını daim müdafiə etmək məcburiyyətində qoyur. Halbuki müəllimlik peşəsi müdafiəyə deyil, yaradıcılığa, innovasiyaya və şagirdlərin fərdi inkişafına həsr olunmalıdır.

    Müəllimlik peşədən daha çox missiyadır, əzizlərim! Bu narahatedici vəziyyətin əsasında isə bir neçə fundamental səbəb dayanır:

    Birincisi, cəmiyyətin ümumi savadlılığı və informasiya əlçatanlığının artmasıdır. Hər kəs daha çox oxuyur, internet saysız-hesabsız məlumat mənbələrinə yol açır. Hər kəsin "Google"a, çatbotlara əli çatır və bu, insanlarda özünü biliyin zirvəsində hiss etmə illüziyası yaradır. Lakin bu, həqiqi biliklə eyni deyil. Məlumatla bilik, xüsusilə də pedaqoji təcrübə arasında dərin bir uçurum var. İnternetdən tapılan bir məqalə, baxılan bir video və ya oxunan bir sosial media postu heç vaxt müəllimin illərlə qazandığı elmi-pedaqoji təcrübəni, sinif idarəetmə bacarıqlarını və şagird psixologiyası biliklərini əvəz edə bilməz. Məsələn, bir valideynin "Montessori" və ya "Reggio Emilia" kimi pedaqoji yanaşmalar haqqında oxuduğu bir-iki məqalə ilə, bu metodologiyaları illərlə tədris etmiş və tətbiq etmiş bir müəllimin bilik və bacarıqları eyni səviyyədə ola bilməz.

    İkincisi, müəllim peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə azalıb. Əvvəllər müəllimlərin sayı az olsa da, cəmiyyətdə dərin hörmət və etimad sahibi idilər. Müəllim kəndin, məhəllənin ağsaqqalı, sözükeçən bir ziyalısı idi. İndi müəllimlərin sayı artsa da, onların nüfuzu, təəssüf ki, paralel olaraq azalır. Sanki kəmiyyət artdıqca keyfiyyət və dəyər də çökür. Bu tendensiya, təəssüf ki, beynəlxalq arenada da müşahidə olunur; Finlandiya kimi ölkələrdə müəllimlik peşəsi yüksək statusa malik olduğu halda, bir çox digər ölkələrdə, xüsusilə də keçmiş sovet məkanında müəllim əməkhaqqının aşağı olması, iş şəraitinin çətinliyi bu peşənin cazibəsini azaldır. Bu da cəmiyyətdə "hər kəs hər şeyi bilir" illüziyasını daha da gücləndirir, peşəkar bilik və təcrübəyə olan inamı sarsıdır.

    Üçüncüsü, sosial medianın sürətlə genişlənməsi. Bu platformalar hər kəsə öz fikirlərini, "təhsil konsepsiyalarını" və "metodologiyalarını" təqdim etmək üçün tribuna verib. Dünən sadəcə bir "bloger" olan şəxs bu gün özünü "pedaqoji mütəxəssis" və ya "təhsil influenseri" kimi təqdim edə bilir. Halbuki təhsil tək bir fənn və ya asanlıqla mənimsənilə bilən bir sahə deyil; o, kompleks bir sistemdir. Və hər bir sistem kimi, təhsil də yüksək məsuliyyət, dərin elmi əsaslar və davamlı peşəkar inkişaf tələb edir. Bu cür səthi yanaşmalar təhsilin fundamental prinsiplərini zədələyir. Hər ölkənin, hər şəhərin, hər kəndin, hər məktəbin, hətta hər sinfin öz xarakteri var. Hansısa başqa bir yerdə uğurlu olan metod, hansısa bir sinifdə uğurlu ola bilməz. Bunu sadəcə müəllim müyyən edə bilir, harda nəyi, necə etmək lazımdır.

    Keçmişdə kəndlərdə "hacı" və "kərbəlayi" kimi titullar az sayda insana xas olduğu üçün onlara xüsusi hörmət göstərilərdi. İndi bu titullar geniş yayılıb və müəyyən mənada adiləşib. Çünki daha da əlçatandır və adamlar var ki, dəfələrlə həcc ziyarətinə gedir, indi kim deyə bilər ki, o hacılarla, bu hacıların hörməti eynidir? Müəllimlik peşəsi də oxşar aqibətlə üzləşir: sayı çoxalsa da, peşənin əsl dəyəri ucuzlaşıb. Bir zamanlar müəllimə peyğəmbər sənəti kimi baxan cəmiyyət, indi onu sosial şəbəkələrdəki asan tənqid hədəfinə, lağ mənbəyinə və statusların obyektinə çevirib. Bu, sadəcə Azərbaycana deyil, müəllimlik peşəsinin maliyyə vəziyyətinin aşağı olduğu, ictimai statusunun zəiflədiyi bir çox Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrə də xas bir tendensiyadır. Yazını yaza-yaza düşünürəm ki, doğrudanmı müəllim peşəsi yox olmaqdadır?

    Axı, müəllim sadəcə bilik ötürən bir şəxs deyil, cəmiyyətin təməl dəyərlərini, mənəviyyatını formalaşdıran bir "ruh mühəndisidir." Onun hər sözünə, hər baxışına və münasibətinə qarşı həssas olmaq, əslində təhsil sisteminin özünü qorumaq deməkdir. Çünki təhsili müdafiə etmək, bir millətin gələcəyini, onun inkişaf və tərəqqi perspektivlərini qorumaq deməkdir.

    Təhsil müzakirə olunmalıdır, lakin mütəxəssislər tərəfindən idarə edilməlidir.

    Təhsil haqqında danışmaq, onun gələcəyi barədə düşünmək hər kəsin haqqıdır. Lakin onun istiqamətini müəyyənləşdirmək və idarə etmək hər kəsin işi deyil, mütəxəssislərin və dövlət siyasətinin məsuliyyətidir. Hər kəsin fikrini dinləmək vacibdir, lakin peşəkar müəllimin səsini boğmaq yolverilməzdir. Müəllim cəmiyyətin əsas istiqamətvericisi, bir növ "kompası"dır. Bu kompasın işinə müdaxilə olunanda, onun istiqamət göstərmə qabiliyyəti pozulur və nəticədə cəmiyyət də öz yolunu itirir.

    Cəmiyyətin savadlı olması, əlbəttə ki, arzuolunandır. Lakin savadlı cəmiyyətlə dərin bilikli, peşəkar cəmiyyət arasında böyük bir məsafə var. Bu məsafəni qorumaq və peşəkar standartları saxlamaq üçün müəllimin səsinə qulaq asmaq, onun ixtisasına, illərlə qazandığı təcrübəyə və peşəkar biliklərinə hörmət etmək fundamental əhəmiyyət kəsb edir.

    Təhsil, heç bir halda, yüngül yanaşılan bir "oyuncağa" çevrilməməlidir. Çünki o, bir millətin gələcəyinin, onun varlığının və inkişafının ən ciddi təməlidir. Və bu gələcəyin ən vacib memarı, bünövrəsini quran şəxs hələ də müəllimdir. Onu qorumaq və dəstəkləmək hər birimizin borcudur.

    P.S. Bu yazıda cəmiyyətin müəllimə qarşı münasibətindən bəhs etsək də, ədalət naminə qeyd etmək lazımdır ki, müəllimlərin də öz daxili və xarici problemləri az deyil. Çox vaxt aşağı əməkhaqqı, artıq bürokratik yük onları əsas vəzifələrindən – tədris və yaradıcılıqdan uzaqlaşdırır. Siniflərdəki şagird sayının həddən artıq çox olması, müxtəlif sosial-iqtisadi təbəqədən olan şagirdlərin fərdi ehtiyaclarını ödəmək zərurəti, valideynlərin tələbləri, cəmiyyətin gözləntiləri və bir də bunun üzərinə hər şeydə müəllimi günahlandırması, əlbəttə ki, müəllimləri ağır psixoloji stress və peşə yanması vəziyyətinə salır. Bəzən onlar özləri də dəstəyə, dinlənilməyə və anlanılmaya ehtiyac duyurlar, lakin bunu ifadə etməyə imkan tapmırlar. Müəllimin də bir insan olduğunu, onun da öz problemləri, ehtiyacları və tükənmişlikləri olduğunu unutmamaq lazımdır. Bu, təhsil sistemindəki ümumi mənzərənin mühüm bir hissəsidir. Həm aşağıdan, həm də yuxarıdan qınanan müəllimlər (sözsü ki, yaxşı müəllimdən, işinin peşəkarından söhbət gedir) çıxılmaz vəziyyətdə qalır və beləcə hədəfdən yayınırıq, hədəfdən yayınan mizrab isə utanır!


    Oxunub: 39
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      09-11-2025
      16:00 | TƏHSİLƏ CƏMİYYƏTİN “EKSPERT” MÜDAXİLƏSİ - "Hacı" və "Kərbəlayi" titulu kimi Müəllimlik də...
      15:55 | "NATO-nun dağılacağından qorxurdum" - Stoltenberq
      15:45 | Prezidentdən Hərbi paradla bağlı daha bir paylaşım -  VİDEO
      15:40 | Tramp Ərdoğana F-35-lər mövzusunda söz verib
      15:35 | Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı dindiriləcək
      15:30 | "BİZ STOKHOLMDA İDİK, O MƏLUMAT DAXİL OLDU"- "Prezident kifayət qədər sərt formada bildirdi ki..."/VİDEO
      15:15 | Ölkəyə gətirilən “monqol əti” ilə bağlı RƏSMİ AÇIQLAMA: Tərkib göstəriciləri yoxlanılır...
      15:05 | Ayxan Abbasov Fransa ilə oyuna onları çağırdı - ADLAR
      15:00 | Paşinyan 44 günlük müharibə barədə danışdı: “Bu, mənim təqsirimdir”
      14:44 | Azərbaycan əsilli polis Ukraynada həlak oldu
      14:00 | LEVİTAN, ŞƏMİSTAN BƏY və... MÜMTAZ - ÇALARI VƏ RƏNGİ olmayan BU SƏS hərbi PARAD ÜÇÜN DEYİL
      13:00 | Ərəb ölkələri ABŞ-nin planını RƏDD ETDİ - “Faynənşl Tayms”
      12:05 | "AB bizi məcbur edir, ancaq biz bunu etməyəcəyik..." - Mariya Zaxarova
      12:00 | Moskva əhalisinin cəmi beşdə biri slav olacaq - Demoqrafik mənzərə DƏYİŞİR
      11:55 | Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
      11:44 | Bakıdakı ZƏFƏR PARADI DÜNYA MEDİASININ GÜNDƏMİNDƏ - FOTO
      11:15 | "Bu əraziləri Azərbaycandan geri almalıyıq"- Paşinyan
      11:11 | Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
      11:10 | Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil - Abbas Araqçı
      11:00 | "15 milyon manata yaxın əmlakın üzərinə həbs qoyulub"- Baş prokuror
      10:50 | "RUSİYAYA RƏSMİ NOTA VERDİK VƏ BİLDİRDİK Kİ..."- "Moskvadan belə bir mesajlar verilirdi..."
      10:44 | NATO Ukraynaya görə üçüncü dünya müharibəsini başlamayacaq - Yens Stoltenberq
      01:00 | Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır - "Reuters"
      00:57 | Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? -  ADLAR
      00:55 | Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
      00:30 | Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ -  FOTOLAR
      00:27 | Romada itkin düşdüyü deyilən xanımın yaxınlarından AÇIQLAMA -  YENİLƏNİB
      00:25 | Aİ Rusiya ilə müstəqil şəkildə dialoq aparmalıdır -  Edi Rama
      00:20 | Azərbaycan İsraildən yeni raket alıb - FOTO
      00:17 | Lavrov: Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
      00:15 | Mexaniklərdən XƏBƏRDARLIQ: Bu məşhur avtomobil markası "zibildir"
      00:13 | Gülün ingiliscə yazısı diqqət çəkdi: Çox böyük biabırçılıq olardı
      00:10 | Berlin divarının dağıdılmasından 36 il ötür - Alman vətəndaşları hələ də...
      00:05 | Azərbaycan bayrağı Nyu York səmasında!
      00:00 | 9 NOYABR - AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
      08-11-2025
      21:15 | Milli Qəhrəmanların sayı 224-ə çatdı -  15-i SAĞDIR
      21:00 | PESKOVUN MƏNŞƏYİ AÇIQLANDI - Babası 26 Bakı komissarından BİRİ OLUB
      20:50 | Tokayev Azərbaycanın dövlət başçısını təbrik edib
      20:45 | İsrail Livana hücum etdi: Ölən və yaralananlar var
      15:45 | Ruslar bu gün Ukraynaya 450-dən çox dron və 45 raketlə hücum edib - Zelenski
      15:40 | Azərbaycanın Qarabağdakı Qələbəsi ədalətin təntənəsi oldu -  Şahbaz Şərif
      15:30 | TÜRK DÜNYASININ BÖYÜK ZƏFƏRİ VƏ... Əsrin QİSASI
      15:25 | Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
      15:20 | Pakistan hərbçiləri Bakıda paradda keçid edib
      14:30 | "Paşinyanın cəsur addımlarını izləyirik"-  Ərdoğan
      14:25 | "Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər"- İlham Əliyev
      14:20 | “MƏN MEHDİYEVƏ NƏ VİLLA, NƏ DƏ BAŞQA BİR ŞEY...”- Kəmaləddin Heydərovdan açıqlama
      13:40 | BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİR - CANLI YAYIM
      13:30 | Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Bakıda -  FOTO
      13:15 | Prezident və birinci xanım Zəfər muzeyinin açılışında -  FOTOLAR
      13:00 | Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi -  FOTO
      12:20 | "KOMANDOLARIMIZ Bakı küçələrini qardaşlığın SƏSİ İLƏ TİTRƏDƏCƏK"-  Türkiyə MN
      12:10 | ABŞ ordusu yaxın illərdə bir milyon PUA almağı planlaşdırır
      12:00 | Vüqar Məmmədovun Apellyasiya ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ - Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmadı
      11:55 | Azərbaycanda 1000 nəfər üçün 15 000-lik ehsan süfrəsi açıldı
      11:50 | "Pakistanla Əfqanıstan arasında danışıqlar iflasa uğrayıb" -  Müdafiə naziri
      11:45 | YORULMUŞ VƏ GÖZDƏN DÜŞMÜŞ...- Putin Lavrovu yaxın zamanda yola sala bilər
      11:40 | "Bu, mənim səhvim idi" -  Paşinyan müharibədən danışdı
      01:00 | Fəzail Ağamalı oğlunu partiyadan qovdu - AVP-nin rayon təşkilatları buraxıldı
      00:50 | Paşinyandan Əliyevə qəribə sual:  “...İstəyirsiz məni öldürsünlər?”
      00:45 | Makron zəng edib Azərbaycanı TƏHDİD EDİRDİ-  Nazir sirləri açdı
      00:44 | VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb
      00:40 | "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"-  Ceyhun Bayramov
      00:35 | Livanın baş naziri Hizbullahla bağlı bəyanat yaydı - "...Başqa heç kim söz sahibi deyil"
      00:30 | "Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir"-  İlham Əliyev /VİDEO
      00:25 | Ermənistanın “xəritə isterikası”- “Bakı heç bir ekspansionist məqsəd daşımır...”
      00:20 | Türkiyə NETANYAHUNUN HƏBSİNƏ ORDER VERDİ - Beynəlxalq Cinayət Məhkəməsi də...
      00:15 | General Mais Bərxudarova vəzifə verilib - MN - nin Baş Hərbi İnspeksiyasında
      00:10 | Tural Sadıqlı və Qurban Məmmədovun işi məhkəmə baxışına verildi
      00:05 | İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
      00:00 | "Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi"- Ceyhun Bayramov
      07-11-2025
      20:44 | Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir - YENİLƏNİB
      20:39 | Onların ailələrinə Prezident təqaüdü təyin edildi
      20:35 | Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib - FOTO
      18:30 | PREZİDENT ONLARA MİLLİ QƏHRƏMAN ADI VERDİ -  Adlar /FOTOLAR
      18:15 | GENERAL RÜTBƏSİ VERİLƏN HƏRBÇİLƏR KİMLƏRDİR? - FOTO /DOSYE
      18:10 | Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb
      18:05 | Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib -  SƏRƏNCAM
      15:51 | YORĞUNLUĞUN ÇİYİNLƏRİNDƏ... və ya Tarixin "Dirijor" Dövlətləri
      15:15 | David Babayanın Azərbaycana qarşı törətdiyi cinayətlər AÇIQLANDI - MƏHKƏMƏ
      15:00 | TRAMP ƏLƏKBƏROVUN “YOLUNU BAĞLADI”- “Gunvor Group” da geri çəkildi
      14:55 | Putin qohum-əqrabasını BAŞINA YIĞIB - Azı 24 qohumu yüksək vəzifədədir...
      14:50 | Ərdoğan İlham Əliyevi təbrik etdi - Zəfərin 5-ci ildönümü münasibətilə
      14:40 | Son 5 ildə büdcədən Milli Məclisə 300 MİLYONA yaxın vəsait ayrılıb -  BU PULLAR HARA XƏRCLƏNİB?
      14:30 | “Moskvanın yaratdığı təhlükə uzunmüddətlidir”- NATO silah istehsalında Rusiyanı geridə qoyub
      14:25 | BU QURUMUN RƏHBƏRLİYİNƏ CİNAYƏT İŞİ AÇILDI -  Korrupsiyada ittiham olunurlar
      14:20 | Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi
      14:15 | Prezident İlham Əliyev Slovakiya müdafiə nazirini qəbul edib
      14:10 | Agentlikdə yeni təyinatlar - Bu şəxslərə yeni vəzifə verildi
      14:05 | Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı -  ABŞ-nin bu qərarından sonra
      14:00 | “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” -  “İcra başçısı sistemi öz effektivliyini itirib”
      13:45 | Abbas Əraqçı: "Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur"
      13:30 | Ən stajlı deputat kim: Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov - DAHA KİMLƏR VAR?
      13:00 | "Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
      12:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
      12:20 | Mərkəzi Asiya liderləri Trampla HANSI DİLDƏ DANIŞIBLAR? -  İkisi rus, biri ingilis, digərləri isə...
      12:10 | Zəfər Gününün 5-ci ildönümü: Azərbaycanda 23 partiya bəyanat yaydı
      12:00 | "Tehranı boşaltmaq məcburiyyətində qalacağıq"- Pezeşkiandan kritik mesaj
      11:44 | Dünyada nadir xəstəlik tapıldı: Yalnız 13 nəfərdə var
      11:30 | Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.