Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı - ABŞ-nin bu qərarından sonra
Şimali Koreya bu gün səhər Yapon dənizinə naməlum tipli ballistik raket atıb.
Cənubi Koreya ordusunun məlumatına görə, sınaq ABŞ prezidenti Donald Trampın Seulun nüvə enerjili sualtı qayıq layihəsinə icazə verməsindən qısa müddət sonra həyata keçirilib.
Yaponiya baş naziri Sanae Takaichi isə raketin ölkənin iqtisadi sularının kənarına düşdüyünü və zərər və ya yaralanma qeydə alınmadığını açıqlayıb.
Ekspertlər bu addımı Vaşinqtonun Cənubi Koreyaya nüvə enerjili sualtı qayıq inşa etməyə verdiyi razılığa cavab olaraq qiymətləndirirlər. Dünya Şimali Koreya Araşdırmaları İnstitutunun rəhbəri Ahn Chan-il deyib ki, “əgər Cənubi Koreya nüvə enerjili sualtı qayıqlara sahib olsa, bu, Şimali Koreya sularına daxil olaraq, sualtıdan atılan ballistik raketləri əvvəlcədən aşkarlaya və zərərsizləşdirə bilər”.
Qeyd edək ki, son illərdə Pxenyanın raket sınaqlarını intensivləşdirdiyi müşahidə olunur. Eyni zamanda, bəzi raket sistemlərinin Rusiyaya ixracdan əvvəl test edildiyi barədə iddialar da gündəmdədir.
Müşahidəçilər bildirirlər ki, ABŞ-nin və Cənubi Koreyanın son addımları ilə Pxenyanın cavab sınaqları regionda təhlükəsizlik balansını yenidən gərginləşdirə bilər.
Press-fakt





















