Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” - Məcəllədəki dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?
300 MANATLA 1 AY YAŞAMAQ OLARMI? - Və ya bir ailənin aylıq yaşam xərci nə qədərdir? /TƏHLİL
“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ”- “AB-nin əksər ölkələri bu səhv yolla getdilər və...”
Press-fakt.az
    
  • Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
    Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
  • 
  • Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
    Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
  • 
  • Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil -
    Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil - Abbas Araqçı
  • 
  • Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır -
    Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır - "Reuters"
  • 
  • Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? - 
    Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? -  ADLAR
  • 
  • Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
    Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
  • 
  • Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ  - 
    Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ -  FOTOLAR
  • 
  • Azərbaycan İsraildən yeni raket alıb -
    Azərbaycan İsraildən yeni raket alıb - FOTO
  • 
  • Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
    Lavrov: Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
  • 
  • Mexaniklərdən XƏBƏRDARLIQ:
    Mexaniklərdən XƏBƏRDARLIQ: Bu məşhur avtomobil markası "zibildir"
  • 
  • Gülün ingiliscə yazısı diqqət çəkdi:
    Gülün ingiliscə yazısı diqqət çəkdi: Çox böyük biabırçılıq olardı
  • 
  • Berlin divarının dağıdılmasından 36 il ötür -
    Berlin divarının dağıdılmasından 36 il ötür - Alman vətəndaşları hələ də...
  • 
  • Azərbaycan bayrağı Nyu York səmasında!
    Azərbaycan bayrağı Nyu York səmasında!
  • 
  • AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
    9 NOYABR - AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
  • 
  • Milli Qəhrəmanların sayı 224-ə çatdı - 
    Milli Qəhrəmanların sayı 224-ə çatdı -  15-i SAĞDIR
  • 
  • Tokayev Azərbaycanın dövlət başçısını təbrik edib
    Tokayev Azərbaycanın dövlət başçısını təbrik edib
  • 
  • İsrail Livana hücum etdi:
    İsrail Livana hücum etdi: Ölən və yaralananlar var
  • 
  • Azərbaycanın Qarabağdakı Qələbəsi ədalətin təntənəsi oldu -
    Azərbaycanın Qarabağdakı Qələbəsi ədalətin təntənəsi oldu -  Şahbaz Şərif
  • 
  • Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
    Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
  • 
  • Pakistan hərbçiləri Bakıda paradda keçid edib
    Pakistan hərbçiləri Bakıda paradda keçid edib
  • 
  • "Paşinyanın cəsur addımlarını izləyirik"-
    "Paşinyanın cəsur addımlarını izləyirik"-  Ərdoğan
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİR - CANLI YAYIM
  • Pakistan hərbçiləri Bakıda paradda keçid edib
  • Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
  • Zəfər Gününün 5-ci ildönümündə hərbi parad keçiriləcək - Rəsmi
  • Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
  • Bakıdakı ZƏFƏR PARADI DÜNYA MEDİASININ GÜNDƏMİNDƏ - FOTO

    • Tarix: Bu gün, 11:44


    Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.

    Press-fakt Azərtac-a istinadla xəbər verir ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

    Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

    Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər” rubrikasında oxucuların diqqətinə çatdırılıb.

    Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.

    Pakistanın aparıcı media qurumları, o cümlədən “ARN News Centre”, “AAJ News (AAJ TV)”, “The Express Tribune”, “Brecorder”, “Geo News”, “24 News HD”, “Minute Mirror”, “Lead Pakistan”, “Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə Hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub, üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb. Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazda sülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön plana çıxardığı qeyd olunub. “The Express Tribune” nəşri bu baxımdan Pakistan Baş nazirinin Hərbi paraddakı çıxışında “Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir” ifadəsini xüsusi vurğulayıb.

    Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü barədə də məlumat verilib.

    Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən “ARN News Centre”, “UAE BARQ”, “Emarat Al Youm”, “Al Bayan”, “Sharjah24” və “20Four” portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən Hərbi paradın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və Azərbaycan Ordusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib. Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması barədə bəyanatları da yer alıb.

    Gürcüstanın nüfuzlu “1tv.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge” portalları Azərbaycanda Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından materiallar yayıblar.

    Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin “Gazeta.ru” nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. “News.ru” Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: “Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər”. “Vestikavkaza.ru” isə tədbirdə mötəbər qonaqların - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərini vurğulayıb.

    İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin “Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb.

    Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

    Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıda keçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahların nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, - deyə nəşrdə xüsusi vurğulanıb.

    Bolqarıstanın “24 Chasa” nəşri paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün Türk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundan başqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi, Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

    Misirin aparıcı media qurumları, o cümlədən “Al Shorouk”, “Al Ahram” və “Cairo24” nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycan və Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlb edilməsi baxımından önəmi vurğulanıb.

    Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” və digər media qurumları da xəbərlər yayımlayıb. “Forbes” jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.

    Bakıdakı Zəfər paradı dünya mediasında


    Oxunub: 20
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      09-11-2025
      12:05 | "AB bizi məcbur edir, ancaq biz bunu etməyəcəyik..." - Mariya Zaxarova
      12:00 | Moskva əhalisinin cəmi beşdə biri slav olacaq - Demoqrafik mənzərə DƏYİŞİR
      11:55 | Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
      11:44 | Bakıdakı ZƏFƏR PARADI DÜNYA MEDİASININ GÜNDƏMİNDƏ - FOTO
      11:15 | "Bu əraziləri Azərbaycandan geri almalıyıq"- Paşinyan
      11:11 | Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib
      11:10 | Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil - Abbas Araqçı
      11:00 | "15 milyon manata yaxın əmlakın üzərinə həbs qoyulub"- Baş prokuror
      10:50 | "RUSİYAYA RƏSMİ NOTA VERDİK VƏ BİLDİRDİK Kİ..."- "Moskvadan belə bir mesajlar verilirdi..."
      10:44 | NATO Ukraynaya görə üçüncü dünya müharibəsini başlamayacaq - Yens Stoltenberq
      01:00 | Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır - "Reuters"
      00:57 | Hərbi paradı əcnəbi qonaqlardan kimlər izləyib? -  ADLAR
      00:55 | Şimali Kiprin yeni lideri İlham Əliyevi təbrik edib
      00:30 | Zəfər Günündə ŞUŞADA MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ -  FOTOLAR
      00:27 | Romada itkin düşdüyü deyilən xanımın yaxınlarından AÇIQLAMA -  YENİLƏNİB
      00:25 | Aİ Rusiya ilə müstəqil şəkildə dialoq aparmalıdır -  Edi Rama
      00:20 | Azərbaycan İsraildən yeni raket alıb - FOTO
      00:17 | Lavrov: Putinin nüvə sınaqları ilə bağlı verdiyi tapşırığa başlamışıq
      00:15 | Mexaniklərdən XƏBƏRDARLIQ: Bu məşhur avtomobil markası "zibildir"
      00:13 | Gülün ingiliscə yazısı diqqət çəkdi: Çox böyük biabırçılıq olardı
      00:10 | Berlin divarının dağıdılmasından 36 il ötür - Alman vətəndaşları hələ də...
      00:05 | Azərbaycan bayrağı Nyu York səmasında!
      00:00 | 9 NOYABR - AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
      08-11-2025
      21:15 | Milli Qəhrəmanların sayı 224-ə çatdı -  15-i SAĞDIR
      21:00 | PESKOVUN MƏNŞƏYİ AÇIQLANDI - Babası 26 Bakı komissarından BİRİ OLUB
      20:50 | Tokayev Azərbaycanın dövlət başçısını təbrik edib
      20:45 | İsrail Livana hücum etdi: Ölən və yaralananlar var
      15:45 | Ruslar bu gün Ukraynaya 450-dən çox dron və 45 raketlə hücum edib - Zelenski
      15:40 | Azərbaycanın Qarabağdakı Qələbəsi ədalətin təntənəsi oldu -  Şahbaz Şərif
      15:30 | TÜRK DÜNYASININ BÖYÜK ZƏFƏRİ VƏ... Əsrin QİSASI
      15:25 | Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
      15:20 | Pakistan hərbçiləri Bakıda paradda keçid edib
      14:30 | "Paşinyanın cəsur addımlarını izləyirik"-  Ərdoğan
      14:25 | "Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər"- İlham Əliyev
      14:20 | “MƏN MEHDİYEVƏ NƏ VİLLA, NƏ DƏ BAŞQA BİR ŞEY...”- Kəmaləddin Heydərovdan açıqlama
      13:40 | BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİR - CANLI YAYIM
      13:30 | Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Bakıda -  FOTO
      13:15 | Prezident və birinci xanım Zəfər muzeyinin açılışında -  FOTOLAR
      13:00 | Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi -  FOTO
      12:20 | "KOMANDOLARIMIZ Bakı küçələrini qardaşlığın SƏSİ İLƏ TİTRƏDƏCƏK"-  Türkiyə MN
      12:10 | ABŞ ordusu yaxın illərdə bir milyon PUA almağı planlaşdırır
      12:00 | Vüqar Məmmədovun Apellyasiya ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ - Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmadı
      11:55 | Azərbaycanda 1000 nəfər üçün 15 000-lik ehsan süfrəsi açıldı
      11:50 | "Pakistanla Əfqanıstan arasında danışıqlar iflasa uğrayıb" -  Müdafiə naziri
      11:45 | YORULMUŞ VƏ GÖZDƏN DÜŞMÜŞ...- Putin Lavrovu yaxın zamanda yola sala bilər
      11:40 | "Bu, mənim səhvim idi" -  Paşinyan müharibədən danışdı
      01:00 | Fəzail Ağamalı oğlunu partiyadan qovdu - AVP-nin rayon təşkilatları buraxıldı
      00:50 | Paşinyandan Əliyevə qəribə sual:  “...İstəyirsiz məni öldürsünlər?”
      00:45 | Makron zəng edib Azərbaycanı TƏHDİD EDİRDİ-  Nazir sirləri açdı
      00:44 | VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb
      00:40 | "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"-  Ceyhun Bayramov
      00:35 | Livanın baş naziri Hizbullahla bağlı bəyanat yaydı - "...Başqa heç kim söz sahibi deyil"
      00:30 | "Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir"-  İlham Əliyev /VİDEO
      00:25 | Ermənistanın “xəritə isterikası”- “Bakı heç bir ekspansionist məqsəd daşımır...”
      00:20 | Türkiyə NETANYAHUNUN HƏBSİNƏ ORDER VERDİ - Beynəlxalq Cinayət Məhkəməsi də...
      00:15 | General Mais Bərxudarova vəzifə verilib - MN - nin Baş Hərbi İnspeksiyasında
      00:10 | Tural Sadıqlı və Qurban Məmmədovun işi məhkəmə baxışına verildi
      00:05 | İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
      00:00 | "Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi"- Ceyhun Bayramov
      07-11-2025
      20:44 | Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir - YENİLƏNİB
      20:39 | Onların ailələrinə Prezident təqaüdü təyin edildi
      20:35 | Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib - FOTO
      18:30 | PREZİDENT ONLARA MİLLİ QƏHRƏMAN ADI VERDİ -  Adlar /FOTOLAR
      18:15 | GENERAL RÜTBƏSİ VERİLƏN HƏRBÇİLƏR KİMLƏRDİR? - FOTO /DOSYE
      18:10 | Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb
      18:05 | Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib -  SƏRƏNCAM
      15:51 | YORĞUNLUĞUN ÇİYİNLƏRİNDƏ... və ya Tarixin "Dirijor" Dövlətləri
      15:15 | David Babayanın Azərbaycana qarşı törətdiyi cinayətlər AÇIQLANDI - MƏHKƏMƏ
      15:00 | TRAMP ƏLƏKBƏROVUN “YOLUNU BAĞLADI”- “Gunvor Group” da geri çəkildi
      14:55 | Putin qohum-əqrabasını BAŞINA YIĞIB - Azı 24 qohumu yüksək vəzifədədir...
      14:50 | Ərdoğan İlham Əliyevi təbrik etdi - Zəfərin 5-ci ildönümü münasibətilə
      14:40 | Son 5 ildə büdcədən Milli Məclisə 300 MİLYONA yaxın vəsait ayrılıb -  BU PULLAR HARA XƏRCLƏNİB?
      14:30 | “Moskvanın yaratdığı təhlükə uzunmüddətlidir”- NATO silah istehsalında Rusiyanı geridə qoyub
      14:25 | BU QURUMUN RƏHBƏRLİYİNƏ CİNAYƏT İŞİ AÇILDI -  Korrupsiyada ittiham olunurlar
      14:20 | Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi
      14:15 | Prezident İlham Əliyev Slovakiya müdafiə nazirini qəbul edib
      14:10 | Agentlikdə yeni təyinatlar - Bu şəxslərə yeni vəzifə verildi
      14:05 | Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı -  ABŞ-nin bu qərarından sonra
      14:00 | “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” -  “İcra başçısı sistemi öz effektivliyini itirib”
      13:45 | Abbas Əraqçı: "Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur"
      13:30 | Ən stajlı deputat kim: Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov - DAHA KİMLƏR VAR?
      13:00 | "Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
      12:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
      12:20 | Mərkəzi Asiya liderləri Trampla HANSI DİLDƏ DANIŞIBLAR? -  İkisi rus, biri ingilis, digərləri isə...
      12:10 | Zəfər Gününün 5-ci ildönümü: Azərbaycanda 23 partiya bəyanat yaydı
      12:00 | "Tehranı boşaltmaq məcburiyyətində qalacağıq"- Pezeşkiandan kritik mesaj
      11:44 | Dünyada nadir xəstəlik tapıldı: Yalnız 13 nəfərdə var
      11:30 | Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü
      11:20 | VƏHDƏT PARTİYASININ rayon təşkilatının SƏDRİ HƏBS EDİLDİ
      11:15 | BMT Şaraya və daxili işlər naziri Hattaba qarşı sanksiyaları ləğv etdi
      00:45 | Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı: "Münasibətlər hələ normallaşmayıb..."
      00:40 | Meksika Prezidenti ABŞ-yə xəbərdarlıq edib: "Ölkənin daxili işlərinə müdaxilə..."
      00:35 | Sabahdan bu avtobusda gedişhaqqı 60 qəpik olacaq
      00:30 | Türkiyədə MƏŞHUR AZƏRBAYCANLI BİZNESMEN barəsində CİNAYƏT İŞİ AÇILDI
      00:25 | ABŞ Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edib
      00:23 | Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir
      00:20 | “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu
      00:15 | “İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” -  VİDEO
      00:13 | Netanyahudan Türkiyə açıqlaması: Bizi düşmən kimi görürlər!
      00:10 | Azərbaycan ərazisindən gətirilən buğda yoxlanılacaq - Arutyunyan
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.