İsrail Livana hücum etdi: Ölən və yaralananlar var
Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail pilotsuz təyyarələri Nəbatiyyənin Bint Cbeil bölgəsi, Səba qəsəbəsi və Beraşit qəsəbəsində ümumilikdə üç avtomobili hədəfə alıb.
Press-fakt xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Səbadakı hücumlarda 2 nəfər ölüb. Beraşitdə baş verən hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bint Cbeildə səhər saatlarında baş verən hücumda 7 nəfər yaralanıb.
Belə ki, atəşkəsə baxmayaraq bu gün həyata keçirilən hücumlarda ümumilikdə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş:




















