"Paşinyanın cəsur addımlarını izləyirik"- Ərdoğan
Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
O bəyan edib ki, Türkiyə bu zəfəri son olaraq deyil, Qafqazda barışa gedən yolun əvvəli olaraq görür:
"Biz davamlı sülhə son dərəcə ümidvarıq. İlham Əliyevin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı cəsur addımları da izləyirik".
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















