Romada itkin düşdüyü deyilən xanımın yaxınlarından AÇIQLAMA - YENİLƏNİB

Romada itkin düşdüyü bildirilən həmyerlimiz Sona Quliyevanın tapıldığı bildirilir.
Bu barədəSonanın ailəsinə yaxın şəxslərdən biri məlumat verib.
Qeyd edilib ki, həmyerlimiz telefonunda yaranmış problemə görə, bir neçə gün ərzində yaxınlarına ilə əlaqə qura bilməyib.
"Sona ailəsi ilə danışıb. Vəziyyəti izah edib. Sadəcə rəfiqəsi sosial media hesabında etdiyi paylaşımla onun itkin düşməsi ilə bağlı xəbərlərin tirajlanmasına səbəb olub. Əslində itkin düşmə filan yoxdur. Telefonda yaranmış problemə görə bir müddət əlaqə saxlamaq mümkün olmayıb. Sonradan isə o ailəsi ilə əlaqə quraraq vəziyyəti izah edib", - ailəyə yaxın şəxslərdən biri bildirib.
Press-fakt
***
Romada həmyerlimiz Sona Cəmil qızı Quliyeva itkin düşüb.
Press-fakt oxu.az-a istinadla xəbər verir ki, itkin düşən şəxsin boyu təxminən 165 sm, çəkisi 50 kq, arıq bədən quruluşludur.
Məlumata görə, o, 3 noyabr gecəsi Bakıdan Romaya uçub, hava limanına endikdən sonra "Romaya çatdım" sözləri ilə video paylaşıb. Lakin bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
Artıq 6 gündür ki, Sona Quliyeva ilə əlaqə saxlamaq mümkün deyil. O, nə zənglərə cavab verir, nə də mesajlara. Həmçinin telefonuna zəng çatmır. Məlumata əsasən, o, səfərə səyahət məqsədilə çıxıb.
Qeyd olunur ki, Sona Quliyevanın üzərində böyük məbləğdə pul və telefon olub. Onun itkin düşməsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də məlumat verilib.





















