“MƏN MEHDİYEVƏ NƏ VİLLA, NƏ DƏ BAŞQA BİR ŞEY...”- Kəmaləddin Heydərovdan açıqlama
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın”.
Press-fakt bildirir ki, bunu “Gününsəsi.info”ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarla ölçülən sərvəti haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi nazir Heydərovun adı çəkilir.
Kəmaləddin Heydərov isə deyib ki, bu iddianı “bekar adamlar” yayır.






















