"KOMANDOLARIMIZ Bakı küçələrini qardaşlığın SƏSİ İLƏ TİTRƏDƏCƏK"- Türkiyə MN
Türkiyənin F-16-ları Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan səmasında uçacaq.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə titrədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, - qeyd edilib./apa
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















