Aİ Rusiya ilə müstəqil şəkildə dialoq aparmalıdır - Edi Rama

Avropa İttifaqı xarici siyasətini ABŞ-a həvalə etməkdənsə, Rusiya ilə müstəqil şəkildə dialoq aparmalıdır.
Press-fakt xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama Avstriyanın "Die Presse" qəzetinə verdiyi müsahibədə bildirib.
"Aİ Rusiya ilə danışmalı və artıq xarici siyasətini Vaşinqtona təhvil verməməlidir. Axı Rusiya Avropa İttifaqının qonşusudur, ABŞ-ın qonşusu deyil və siz qonşularınızla danışmalısınız", - baş nazir bildirib.
Rama xatırladıb ki, Albaniya 1961-ci ildə Stalinizmi tənqid etməsi səbəbindən SSRİ ilə əlaqələri kəsib.
"Xalqımızın ruslara və Rusiyaya qarşı kollektiv şüurunda dərin inamsızlıq və düşmənçilik hissi yaranmışdı, buna görə də demokratik keçiddən sonrakı 35 il ərzində Rusiyaya bir dəfə də olsun dövlət səfəri və ya Rusiya dövlət başçısının bizə bir dəfə də olsun səfəri olmayıb", - Rama qeyd edib və əlavə edib ki, Albaniya bu vəziyyətdən "xüsusi narahat duymur.





















