"Bu əraziləri Azərbaycandan geri almalıyıq"- Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı Ermənistan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini geri qaytarmalıdır.
Press-fakt xəbər verir ki, Paşinyan bu barədə Teleqram kanalında yazıb.
“Delimitasiya nəticəsində biz Artsvaşeni (Başkəndi nəzrdə tutur – red.) və Ermənistan respublikasının digər suveren ərazilərini geri qaytarmalıyıq.
Əgər Ermənistan beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinə arxalanarsa, bu, digər məsələlərlə yanaşı, beynəlxalq tərəfdaşlardan hərbi-texniki əməkdaşlığa, o cümlədən lazım gəldikdə silahların alınmasına dair məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək”, - o əlavə edib.
Onun sözlərinə görə, müxtəlif ölkələr Ermənistanla əməkdaşlığa müharibə deyil, sülh kontekstində baxdıqları üçün artıq bu cür məhdudiyyətləri tədricən aradan qaldırırlar.






















