“Azərişıq” ASC-də kadr dəyişikliyi olub. Bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov vəzifəsindən azad edilərək sədrin müşaviri təyin edilib. Digər bir əmr ilə isə ... Ətraflı »
Vüqar Əhmədovdan “Azərişıq”da kadr dəyişikliyi

Sergey Lavrov İrandakı səfirliyimizə qanlı hücumdan DANIŞDI

“İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “21-ci əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional ... Ətraflı »
Lavrovla Ceyhun Bayramov mətbuat konfransı keçirir - CANLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilir. Globall.az xəbər verir ki, nazirlər jurnalistlərin suallarını cavablandırırlar. Qeyd edək ki, Sergey Lavrov fevralın 27-də Bakıya gəlib. O, Prezident İlham Əliyevlə ... Ətraflı »
İranda yeni hərbi təlimlər başladı

İranın bəzi bölgələrində İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) birgə hava hücumundan müdafiə təlimləri başlayıb. Globall.az xəbər verir ki, təlimlər “Modafean Aseman Velayat 1401” (“Vilayət səmasının gözətçiləri - 1401”) kod adı daşıyır. Hərbi təlimlərin mətbuat katibi, ... Ətraflı »
“İki-üç ildən sonra müəllimlərin maaşı bu qədər olacaq"

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb: "İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan ... Ətraflı »
Sabah 13 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti ... Ətraflı »
Böyük ticarət mərkəzi açıldı: qazilərə və şahid ailələrinin işlə təminatına üstünlük veriləcək

Hər zaman öz müştərilərini keyfiyyətli ərzaq və qeyri-qida məhsulları ilə təmin edən, ucuz qiymət, bol çeşid və gülərüz personalı ilə vətəndaşlara xidmət göstərən “Qayalı” marketlər şəbəkəsi növbəti ictimai-iaşə obyektini istifadəyə verib. Bu dəfə Xaçmaz sakinləri “Qayalı” marketlər şəbəkəsinin ... Ətraflı »
Müəllimlərə şad xəbər - Prezident sərəncam verdi

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin ... Ətraflı »
Kvadratına 2 min AZN kompensasiya

Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb. Globall.az xəbər verir ki, Mayakovski küçəsi 15 ünvanında yerləşən binadan gedir. Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən ... Ətraflı »
DTX-nin tutduğu general ev dustaqlığına buraxıldı

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb. Bu barədə daxil olan məlumatda bildirilib. Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin ... Ətraflı »




















