Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
Rusiyanın Ukraynanın Xarkov vilayətinin Balakliya şəhərinə bir gecədə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Balakliya Şəhər Hərbi İdarəsinin rəisi Vitali Karabanov özünün telegram kanalında məlumat verib.
O, xəsarət alanlar arasında 3 uşağın olduğunu bildirib: "Xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə ambulator müalicə alır. Hər kəsə lazımi tibbi yardım göstərilir".
Onun sözlərinə görə, mümkün itkilərlə bağlı zənglər gəlməkdə davam edir: "Hadisə yerində xilasedicilər, tibb işçiləri və fövqəladə hallar xidməti işlərini davam etdirir"./report
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:




















