Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
Rusiyanın 3 hipersəs raketi və 135 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil etdiyi bildirilir.
Press-fakt xəbər verir ki, Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada, Rusiyanın gecə saatlarında ölkəyə raket və PUA ilə hücum etdiyi bildirilib.
Açıqlamada bildirilib ki, hücumda 3 ədəd “Kinjal” tipli hipersəs raketi və 135 PUA-dan istifadə edilib, 2 raket və 91 PUA havada məhv edilib.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:




















