XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə müzakirə olunan məsələlər açıqlanıb.
Press-fakt xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov "X"də yazıb.
"Mərkəzi Asiya dövlət başçılarının qarşıdan gələn yeddinci məşvərət görüşü yaxınlaşarkən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan hörmətli həmkarlarımla səmərəli müzakirələr apardım. Birlikdə əməkdaşlığımızı gücləndirmək və bölgəmizin kollektiv rifahını daha da inkişaf etdirmək üçün geniş imkanları araşdırdıq", - paylaşımda deyilir.
O qeyd edib ki, müzakirələr Zirvə Görüşünün gündəliyinin layihəsi, əsas qərarlar və Mərkəzi Asiya əməkdaşlığının gələcək istiqamətini müəyyən edən yekun sənədlərin siyahısı da daxil olmaqla bir sıra vacib məsələlərə yönəlib.
"Daha dərin inteqrasiyanı təşviq etmək, qarşılıqlı etimadı artırmaq və ortaq problemləri birgə fəaliyyət vasitəsilə həll etmək öhdəliyimizdə həmrəyik", - nazir əlavə edib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib.
Press-fakt xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat katibi Axror Burxanov məlumat verib.
"Bu gün Mərkəzi Asiyada tamamilə yeni bir əhval-ruhiyyə - sıx dostluq, mehriban qonşuluq və birgə inkişaf ruhu hökm sürür. Bu ruh bütün təşəbbüs və qərarlarımızın əsasını təşkil edir. Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir mühüm aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - A.Burxanov sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, C.Bayramovun bu görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir.
Müşavirin sözlərinə görə, iclas çox məhsuldar, açıq və etimada əsaslanan bir şəraitdə keçib:
"XİN rəhbərləri regionumuzun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı ən aktual məsələləri ətraflı müzakirə ediblər".
A.Burxanov əlavə edib ki, tərəflər açıq dialoq, praktiki əməkdaşlıq və ümumi inkişaf istiqamətində tədbirlərin ardıcıllıqla həyata keçirilməsini davam etdirəcəklər.





















Vaşinqton sammiti: