Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 28 min 758 nəfər və ya 0,3 faiz artıb.
Bu barədə Preff-fakt-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, əhalinin sayı cari ilin oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















