FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir

Qazaxıstanın İbrahim Sazişlərinə qoşulması Azərbaycan da daxil olmaqla Orta Asiya ölkələri üçün yeni imkanlar açır.
Bu barədə ABŞ-nin neokonservativ düşüncə mərkəzi Demokratiyaların Müdafiəsi Fondunun (FDD) məqaləsində qeyd edilir.
Məqalədə vurğulanır ki, əgər Qazaxıstan, Azərbaycan və Özbəkistan Sazişlərə qoşularsa, bu, sülh prosesinin genişləndirilməsi və ABŞ-nin regionda təsirinin gücləndirilməsi üçün siyasi cəhətdən təhlükəsiz bir nümunə yaradacaq.
Azərbaycan artıq İsrail ilə müdafiə və enerji sahələrində sıx strateji əməkdaşlıq edir. Xəzər qazını Avropaya tədarük edən Azərbaycanın Cənub Qaz Dəhlizi Bakını Avropanın enerji marşrutlarının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi üçün əsas tərəfdaşa çevirir.
FDD həmçinin qeyd edir ki, Qazaxıstan qonşu dövlətlər üçün presedent yaradaraq, İbrahim Sazişlərinə rəsmi olaraq qoşulan ilk Orta Asiya ölkəsi olub:
"Qazaxıstanın qoşulması regionun sülh təşəbbüslərinə, ABŞ və İsrail ilə ticarət əməkdaşlığına açıqlığını simvolizə edir.
Ekspertlərin fikrincə, Azərbaycanın bu sazişlərdə iştirakı regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım ola bilər.
Press-fakt




















