Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
Rusiyanın Perm diyarında sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı artıb.
Report-un məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
"Hadisə nəticəsində biri 17 yaşlı qız olmaqla 7 nəfər həlak olub, daha 12 şəxs yaralanıb", - idarədən bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















