"Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
Ukrayna gələn onilliyin əvvəlində Avropa İttifaqının üzvü olacaq.
APA xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası ilə bağlı proseslər müəyyən maneələrlə üzləşsə də, irəliləyiş mümkündür.
“Doğrudur, bu məsələ üzrə irəliləyişi Macarıstan bloklayır, amma Ukrayna artıq namizəd statusuna malikdir”, – Sikorski qeyd edib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:




















